MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Mətanət Cəfərova
Terapevt-qastroenteroloq

Cəfərova Mətanət Mehman qızı 10 oktyabr 1984-cü ildə Bakıda anadan olub. 1991-2001-ci illərdə Səbail rayonu 162 saylı orta məktəbdə təhsil alıb. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub. 2007-2008-ci illərdə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında İnternatura keçib. 2005-2007-ci illərdə M. Nağıyev adına Təcili Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində çalışıb. 2013-cü ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasında həkim-qastroenteroloq ixtisası üzrə hazırlıq kursu keçib. 2014-cü ildə İstanbul Şişli Etfal Təhsil və Araşdırma Xəstəxanasında daxili xəstəliklər üzrə ixtisaslaşıb. 2016-cı ildə İzmir şəhəri Ege Universiteti Tibb Fakültəsi Xəstəxanasının qastroenteroloji şöbəsində hepatologiya üzrə ixtisaslaşıb. 2016-cı ildən EASL (European Assosiation for the study of the Liver) - Avropa Qaraciyər Araşdırmaları Assosiyasının həqiqi üzvüdür. Tibbi jurnallarda bir neçə elmi məqalələrin müəllifidir. Ölkə daxilində və xaricdə keçirilən konfrans və konqreslərin iştirakçısıdır. Hazırda özəl klinikaların birində terapevt-qastroenteroloq vəzifəsində çalışır. 

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
9 CAVAB
Daxil Bagirov (15 Sentyabr 2017 | 23:17)

Hekim medemde qastirit var .2-kurs mualice alsamda xeyri olmadi.siz nece mene komek ede bilersinizmi.Dovlet siqortam da var.

Mətanət Cəfərova (15 Noyabr 2017 | 13:09)

salam. Qastriti yardan səbəb , eyni zamanda Helicobacter Pylori araşdırılıb ,tam müalicə təyin olunmalıdır. 050 581 34 81 nömrəsi ilə əlaqə saxlayıb qəbula gəlin , köməklik göstərim .

Günay Musayeva (23 İyun 2017 | 09:56)

Salam doktor Mənim qizim körpə vaxtında bağırsaqda kandida göbələyindən əziyyət çəkir, artıq 7 yaşı var, amma hələ də biz onu tam müalicə edib quta bilmirik. Belə heç eziyyət vermir amma çox arıqdı və iştahası olmur. Elə tam müalicə olunub qutarırıq ki 1-3 ay keçməmiş analiz verən kimi çıxır. Qızım anadan olandan soska yeməyim, barmağını sourum, indi artıq 7 yaşı olsada bu adəti tərgidə bilmir, yuxuya gedən kimi barmağı avtomatik gedir ağzına

Mətanət Cəfərova (23 İyul 2017 | 15:00)

Saıam. Qızınızın bağırsağının müqavimətini artırmaq lazımdır. bunun üçün ilk öncə hal - hazırdakı vəziyyəti dəyərləndirilməlidir. Barmağını sormağı isə sırf psixolojidır. Uşaq psixoloqu ilə məsləhətləşsəz yaxşı olar .

Ağayev Vaqif Şamil oğlu (31 May 2017 | 14:41)

Salam Doktor! Qastrosidin çox yaxşı dərmandır, ancaq indi apteklərdə tapılmır. Bu dərmanın eynisi necə adlanır? Xahiş edirəm bu sualımı cavablandırasınız. Əvvəlcədən təşəkkür edirəm.

Mətanət Cəfərova (31 İyun 2017 | 13:20)

Salam .Qastrosidinin əvəzinə famotidin 20 mq lıq dərman ala bilərsiz.

Ən çox oxuduğunuz rubrika hansıdır?