MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Cəlal İmaməliyev
Lorinqoloq

İmaməliyev Cəlal Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini (2001-2007) bitirib. Gəncə şəhərində təcili tibbi yardımda çalışıb. Seçenov adına Birinci Moskva Dövlət  Universitetinin otorinolarinqologiya kafedrasında kliniki ordinatura təhsili alıb. Moskva şəhərində özəl klinikada (2011-2013) cərrah LOR vəzifəsində çalışıb. 2013-cü ildən Bakı şəhərində N.Tusi adına klinikasında işləyib. Hazırda özəl klinikaların birində çalışır. 

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
21 CAVAB
məmmədova sevda (20 Sentyabr 2017 | 13:59)

salam doktor.bir ildir ki bogazımda bəlgəm olur.təkrar müalicələr götürmüşəm.amma xeryi olmayıb.həkimlər deyir heç nə yoxdu.isti aylarda olmur.havalar soyuduqca bəlgəm bir tətəfli sag tərəfə yıgılır.öskürək verir.bogazımda batqı hiss edirəm.öncədən təşəkkür edirəm

Cəlal İmaməliyev (20 Sentyabr 2017 | 14:15)

Salam. Bu şikayətlərinizi nəzərə alaraq burun və burun udlağın endoskopik müayinə olunması məsləhətdir . Allah şəfa versin

Gul Mehdi (04 Avqust 2017 | 10:33)

Salam. Men gun erzinde nefesalma problemi ile uzlesirem. Urek doyuntuleri artir. Boquluram. Bu neyin elameti ola biler. Tesekkur

Cəlal İmaməliyev (04 Avqust 2017 | 13:22)

Salam. Əvvəla onu deyim ki bu şikayətləriniz müxtəlif xəstəliklərdə ola bilər müayinə etmək lazımdı. Siz fiziki hərəkət zamanımı tənəffüs çətinliyi his edirsiz yoxsa oturduğunuz yerdə belə olur ?

Nigar Səfərova (04 Aprel 2017 | 13:03)

Salam, doktor. Martın 19-dan angina olmuşam, qızdırmam da yüksək idi. Bütün tətili xəstə oldum. İndi xəstəliyin bütün əlamətləri keçib, amma udqunanda çox aqrıdır, əsas da sol tərəfdən. Hansı preparatı məsləhət görərdiz?

Cəlal İmaməliyev (04 Aprel 2017 | 14:07)

Salam. Hər hansısa dərman adını boğaza baxmadan deye bilmərəm. Allah kömək olsun

Ən çox oxuduğunuz rubrika hansıdır?