MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Orxan Fərəcli
Psixiatr

Orxan Fərəcli 19 sentyabr 1986-ci ildə İmişli rayonunda anadan olub. 2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin müalicə işi fakültəsini bitirib. 2006-2010-cu illərdə Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında tibb qardaşı kimi çalışıb. 2010-2011-ci illərdə həmin xəstəxanada İnternatura, Ankara Nümunə Təhsil və Araşdırma Xəstəxanasında 3 aylıq ixtisasartırma kursu keçib. Hazırda 1 saylı Respublika Psixiatriya Xəstəxanasında və özəl klinikalardan birində həkim psixiatr kimi çalışır. 2009-cu ildən indiyədək Psixologiya və Konsultasiya Mərkəzində işləyir. Xəzər Universitetində Klinik Psixologiya fənnini tədris edir. .

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
306 CAVAB
Huseynova Nergiz (06 Mart 2017 | 21:41)

Salam.Menim qardawimda sosial fobiya ve obsesif kompulsiv pozuntu var.Hekim mesleheti ile derman qebul edir ve onun yaninada gedir.Menim sualim ise biz ona nece komek ede bilerik ki onun yaninda olacagimizi hiss etdirek?Qardawimin 18 yawi var.Tewekkurler

Orxan Fərəcli (06 Mart 2017 | 21:47)

Salam.Əgər qardaşınız dərman və psixoteraiyanı eyni vaxtda qəbul edirsə hər iki xəstəlik müalicəyə böyük ehtimalla tabe olacaqdır.Ailə üzvü kimi sizin üzərinizə düşən bunun bir xəstəlik oldugunu qəbul etməyiniz və "hər şey özündən asılıdır, iradən olsun" kimi məsləhətlər verməyəyinizdir.Sağlam günlər arzu edirəm

Kamil Mirişov (12 Yanvar 2017 | 19:36)

Salam Orxan doktor, Mən anam otaqda tək olanda öz-özünə danışır, biz bunu eşitdiyimizi biruzə vermirik, amma o otaqda tək qalan kimi danışır. Hərəkətlərində başqa qeyri adi şey müşahidə etmirik, ancaq yenə də bu hal bizi narahat edir. Bu narahat olmaqa əsas sayıla bilər və ya hansısa daha ciddi problemin başlanğıcından xəbər verə bilər? Təşəkkür edirəm

Orxan Fərəcli (12 Yanvar 2017 | 19:53)

Salam.Öz- özünə danışma nadir hallarda psixotik xəstəliklərdən xəbər versə də, biz buna əksər hallarda nevrtoik pozuntular (nevrozlar) zamanı rast gəlirik.Əgər başqa əlamətlər yoxdursa narahat olmaga dəyməz.Sağlam günlər arzu edirəm.

Vüqar İsmayılov (02 Dekabr 2016 | 10:38)

Salam həkim , Son vaxtlar piyada hərəkətdə olarkən sol tərəfimdə titrəyiş olur ,ani 1-2 saniyə başım fırlanır .Bu nəyin əlaməti ola bilər ? Ümumiyyətlə bu kimi hallar hansı xəstəliklərə işarədir ,və ya hansı maddənin bədəndə çatışmazlığından qaynaqlanır . Çünki bugünə kimi sağlamlığımdan şıkayətçi olmamışam . Yaşım 29

Orxan Fərəcli (02 Yanvar 2017 | 22:28)

Salam.Qeyd etdiyiniz əlamətlər hər hansı bir diaqnozun qoyulması üçün kifayət deyildir.Nevroloji və ya kordiloji müayinə olunmanızda fayda vardır.Sağlam günlər arzu edirəm.

Ən çox oxuduğunuz rubrika hansıdır?