MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Orxan Ağabəyov
Androloq-seksopatoloq

2005-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. Maraq dairəsi kişi sonsuzluğu, seksual pozğunluqlar, cinsi yolla keçən infeksiyalar və onların kişi orqanizminə təsirindən ibarətdir. Azərbaycanda ilk dəfə olaraq seksual disfunksiyaların kompleks müalicəsində rasional psixoterapiya metodundan istifadə edib. Müalicədə əsas aspekt kimi həkimlə pasiyent arasında qarşılıqlı güvən münasibətini tutur. (www.agabekov.az)

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
789 CAVAB
Elvin Aslanov (21 Yanvar 2017 | 22:30)

salam hekim. men cinsi elaqeye bashlayan kimi boshaliram. bu neden ola biler ve mualice ucun sizinle nece elaqe saxlaya bilerem? teshekkur.

Orxan Ağabəyov (21 Yanvar 2017 | 09:13)

Salam. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Elcan (19 Yanvar 2017 | 22:13)

selam hekim,men 2 ildir aileliyem varikosdan emeliyyat olmusam ireli hereketli spermozoitler 30% aktiv 30% di bu faizle hamile qalmaq ola bilermi ? yoldasimda polikistoz var,yoldasim bir nece hekimin mualice goturub ama duseri olmur yeniden 6 aydir mualice olunur hekim deyir emeliyyat olunmalidir xahis edirem hekim bir meslehet veresiniz evvelceden tesekkurler.

Orxan Ağabəyov (19 Yanvar 2017 | 09:12)

Salam. Sizdə olan göstərici demək olar normaya uyğundur (norma-32%-di). Əgər spermoqrammanın göstəriciləri stabildirsə, bu halda daha çox yoldaşınızın müalicəsi ilə məşğul olmağınız məsləhətdir. Polikistoz -qadın sonsuluğunun əsas səbəblərindən biridir. Uğurlar.

Ali Ali (18 Yanvar 2017 | 13:52)

Salam Dr. İşiniz avand olsun. Sualım var Sizə. İkinci və daha sonrakı cinsi əlaqə zamanı gec boşalma problemim vardır. Penis tam olaraq bərkimədən əlaqəyə girirəm çox hallarda. Olsun ki bu ortada olan lazımi qədər olması gərəkən fasilənin olmamasına görə ola. Bunun üçün nə məsləhət görərdiniz? Öncədən təşəkkür edirəm.

Orxan Ağabəyov (18 Yanvar 2017 | 09:09)

Salam. Bunun üçün bu halın səbəbləri aydınlaşdırılmalıdı, sonra isə müalicə kursu keçməlisiz. Uğurlar.

Ən çox oxuduğunuz rubrika hansıdır?