Canlı yayımda doğacaqlar - REALİTİ-ŞOU

Amerikanın Lifetime telekanalı “Vəhşi təbiətdə doğuş” adlı yeni realiti-şou layihəsi hazırlayıb. Kulis.az-ın məlumatına görə, həkim köməyindən imtina edən və sivilizasiyadan kənarda doğmağa üstünlük verən analar bu layihənin ulduzları olacaq.

 

Kompaniyanın nümayəndələri deyib ki,  bu layihəni YouTubede gördükləri bir rolikdən sonra hazırlamağa qərar veriblər. 

 

 

20 milyon baxışı olan saytda qadının meşədə doğum prosesi göstəriləcək.

 

 

Ölkə KİV-i bu layihəni tənqid edib. Layihənin əleyhdarları deyib ki, realiti-şou uşaqların və anaların həyatı üçün təhlükəlidir.

 

 

Amma layihə müəllifləri şounun uğurlu olacağına inanırlar: “Bu, insanların gerçək gücünü göstərəcək”. Telekompaniyanın vitse-prezidenti Eli Lerer bildirib ki, doğuş zamanı mütəxəssislər də iştirak edəcək, bəzi qadınlar isə ikinci dəfə ana olacaq.

LENT

20 Yanvar 2018
19 Yanvar 2018
18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018