Dəhşət: hamilə qadını daşqalaq edib öldürdülər - FOTOLAR

 

 

Hamilə qadın ailəsi tərəfindən Pakistan Ali məhkəməsi qarşısında ölənə qədər daşqalaq edilib. Səbəb isə sevdiyi insanla evlənməsidir.

 

Ailem.az-ın “Daily mail”ə istinadən xəbərinə görə, 25 yaşlı qadın ailə üzvlərinə qarşı çıxaraq sevdiyi insanla ailə qurub. 3 aylıq hamilə olan Farzana Parvin atası və qardaşları da daxil olmaqla 20 qohumu tərəfindən daşqalaq edilərək öldürülüb.

 

Farzana ailəsinin istəyi olmadan nişanlandığı Mohammad İqbal ilə ailə həyatı qurub.

 

Pakistanda ailələr tərəfindən düzülüb-qoşulan evliliklər normal qəbul edildiyi halda, sevgi üzərində qurulan evliliklər günah qəbul edilir.

 

Pakistan polisinin dediyinə görə, hər il yüzlərlə qadın əri, ya da qohumları tərəfindən zina, ya da başqa “seksual” hərəkətlərinə görə öldürülür. Ən acınacaqlısı isə odur ki, onları öldürənlər bu hərəkətini “namus cinayəti”  adlandıraraq, özlərinə haqq qazandırırlar.

 

Ölən qadının 45 yaşlı həyat yoldaşı “biz bir-birimizi sevirdik. 5 uşağımız var. Onun ailəsi evlilikdən əvvəl məndən pul almaq istəyirdi. Mən isə Farzana ilə hamıdan xəbərsiz evləndim”, - deyib.

Statistkaya görə, ötən ilə Pakistanda  869 qadın məhz “namus cinayəti” adı altında öldürülüb. 

LENT

20 Yanvar 2018
19 Yanvar 2018
18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018