Testə gərək yoxdur: Hamiləliyin təbii əlamətləri

Ana olmaq hər bir qadının arzusudur. Buna görə hamilə olub-olmadığını öyrənmək üçün tez-tez hamiləlik testlərinə müraciət etmək elə də önəmli deyil. Ailəm.az hamilə olub-olmamasından şübhələnən xanımlar üçün hamiləliyin əlamətlərini təqdim edir.                                                                                                                           

1.Yorğunluq                                                                                                        

Hamiləlik hormonu olan progesteronun yüksəlməsi ilə əlaqədar hamilə olan qadınlar ilk əvvəllər özlərini daha çox yorğun hiss edərlər.                                                     

 

2. Mədə bulantısı                                                                                      

Mədə bulantısı hamiləliyin 6-12-ci həftələri arasında əsas səhər saatlarında, ya da günortadan sonra, bəzən də bütün günü ola bilər. Buna səbəb isə hamiləliyin 3 ayından sonra aşağı düşən hamiləlik hormonu HCG-nin qan səviyyəsinin yüksəlməsidir. Həkimlərin fikrincə, ürək bulantısı keçirən hamilə qadınlarda  uşaq düşməsi halları çox az hallarda baş verir.

 

3. Baş gicəllənməsi                                                                                             

Yorğunluq və ürək bulantısı zamanı qan təzyiqinin aşağı düşməsi baş gicəllənməsinə səbəb olur. Anidən ayağa qalxma, ani hərəkətlər zamanı baş gicəllənmələri ola bilər. Yuxusuzluq da bunun səbəblərindən biridir. Buna görə normasında idman etmək və hərəkətdə olmaqla bunun qarşısını almaq olar                                                                                          

4. Tamah salmaq                                                                   

Hamilə qadınlar bəzi qida və içkilərə tamah sala bilərlər. Hətta əvvəl diqqətlərini çəkməyən qidaları belə yemək istəyərlər.                                                                       

 

5. Axıntı                                                                                                              

 

Axıntı hamiləliklə əlaqədar hormonal dəyişilik nəticəsində vaginal bölgənin boşalması ilə bağlıdır. Axıntının qoxulu, rəngsiz, ya ağ olması, cinsi yaxınlıq  zamanı ağrı verməməsi bunun qorxulu hal olmadığını göstərir.                                       

 

6. Hamiləliyin 4-5 ayından sonra görünən əlamətlər   

                                     

Körpənin ürək döyüntülərinin hiss edilməsi.                                                               

Körpənin hərəkətlərinin hiss edilməsi və xaricdən görünməsi.                                      

Əllə müayinə zamanı körpənin bəzi nahiyələrinin ələ dəyməsi.          

LENT

20 Yanvar 2018
19 Yanvar 2018
18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018