Hamilələrə xəbərdarlıq: əməliyyatla doğuş təhlükəlidir!

 

“Neçə dəfə qeysəriyyə əməliyyatı ilə doğuş edə bilərəm? Neçənci əməliyyatdan sonra risklər ortaya çıxır?".

 

Bu suallar ana olmağa hazırlaşan hər bir xanmı maraqlandırır. Ailem.az mütəxəssislərin fikrinə əsasən, bu sualları cavablandıracaq.

 

Mütəxəssislər 3-dən artıq qeysəriyyə əməliyyatının təhlükəli olduğu ilə bağlı xəbərdarlıq edib. Bunun səbəbi hər əməliyyatdan sonra qadınların qarnındakı yapışqanların artdığı və bu artan yapışqanların növbəti əməliyyat üçün ağırlıq yarada biləciyidir. Bu halda isə əməliyyat zamanı körpənin uşaqlığa yapışmaq təhlükəsi yaranır.

 

Çox saylı qeysəriyyə əməliyyatının  yol açdığı risklər.

• Sidik kisəsi, bağırsaq və sidik yolu zədələnə bilər.

• Qeysəriyyə ilə bir neçə dəfə doğum edilməsi uşaqlıq kanalının tutulmasına səbəb ola bilər.

• Əməliyyatdan sonra uşaqlıqda kəsik miqdarı artar və ciddi təhlükələrə yol aça bilər.

 

 

Neçə dəfə qeysəriyyə əməliyyatı edilə bilər?

 

Qeysəriyyənin 3 dəfədən artıq mümkünsüz olduğunu düşünmək yanlışdır. Mütəxəssislər 3-dən artıq əməliyyat etdirməyin mümkün, ancaq təhlükəli olduğunu bildirir. Bir qadının 2-3 dəfədən artıq əməliyyatla doğum etməməsi məsləhət görülür. Ancaq bu, 3-dən artıq əməliyyatın mümkün olmadığı anlamına gəlmir. 3-dən artıq əməliyyat eləmək mümkün olsa da, hər əməliyyat müəyyən bir risk otaya çıxarır. Buna görə məcbur olmadığınız hallarda bu əməliyyata razılıq verməyin.

 

Əməliyyatdan sora normal doğuş mümkündürmü? Şərtləri nədir?

 

• Ananın çanaq ölçüsü normal doğuş üçün uyğun olmalıdır. Körpənin çəkisi, duruşu, gəliş forması normal doğuş üçün uyğun olmalıdır.

• Əgər ananın uşaqlığında kəsiklər olarsa, bu zaman yenidən qeysəriyyəyə ehtiyac duyulacaq. 

 

Hansı hallarda normal doğuş olmaz?

 

• Daha əvvəl şaquli kəsiklə əməliyyat olunması.

• Uşaqlıq ağzının doğuş zamanı açılmaması.

• Əməliyyatlar öncəsi uşaqlıqda ciddi kəsiklərin olması.

• Uşağın yan gəlişi, körpənin çəkisinin çox olması doğuşu çətinləşdirərsə.

• Dar çanaq olduğu üçün.

 

LENT

20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018