Yalnız qadınlar oxusun: ana olmaq üçün ideal yaş hansıdır?

 

Böyük şəhərlərin həyat tərzi yeni insan modeli formalaşdırmaqdadır. “Həm karyera, həm ailə” məntiqi ilə yaşayan yeni nəslin hazır, “fast food” qidalara üz tutması uşaq sahibi olmağa da təsirsiz ötüşmür.

 

Bəzən gənclər evlənən kimi uşaq sahibi olacaqlarını düşünüb qorunmağa çalışırlar. Halbuki bu, vəziyyəti çətinləşdirirlər. Çünki yaş artıqca qadında doğuş qabiliyyəti azalmağa doğru gedir. Hələ qeyri-sağlam qidalanma da əlavə olunanda, cütlüyün valideyn olma ehtimalı daha da aşağı düşür. Əlbəttə ki, gənc yaşda valideyn olmaq daha asandır. Gənc vaxtı bədən daha sağlam olur, qidalanma forması da ona çox təsir etmir. Amma yaşlandıqca yeyilən, içilən hər şey bədənə təsir edir. Nəticədə, yumurta keyfiyyəti aşağı düşür. Ailədən gələn bir çox genetik təsirlər sperm keyfiyyətini və ya yumurtlama formasını poza, uşaqlıqda 20-25 yaşında miyoma və ya kistalara səbəb ola bilər. Buna çox sadə misal çəkmək olar: ilk uşağı 22-25 yaşında olan cütlüyün 5-6 il sonra ikinci övlad istəyi reallaşmaya bilər.

 

Ana olmaq üçün ideal yaş hansıdır?

 

Uşaq həm səbir, həm də vaxt işidir. Xüsusilə qadınlar üçün 25-35 yaş arası ana olmaq üçün idealdır. Günümüzdə qadınlar karyeranı evdarlıqdan daha üstün tutur. Çünki partnyorları ilə əvvəlcə gələcəklərinə maddi baza yığıb sonra uşaq barədə planlar qururlar. Ancaq əvvəlki illərə baxsaq, gənc cütlüyün uşaqlarının əsasən nənə-babalar tərəfindən böyüdüldüyünü görərik. Artıq həyat daha fərdiləşib, cütlüklər uşaqlarına daha çox vaxt ayırmaq, onları tək böyütmək istəyirlər. Unutmamaq lazımdır ki, hər şey ikinci plana keçə bilər, amma valideyn olmaq ikinci plana keçəndə risk yaradır. Riskə getməyin, “40 yaşda ana olmaq olmur” demək düzgün deyil, amma bədəninizin hansı qrupa aid olduğunu bilə bilmirsiniz.

 

LENT

20 Yanvar 2018
19 Yanvar 2018
18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018