Kobud kişilərin oxumalı olduğu yazı

Yəqin, qadınların əksəriyyətinin xəyallarını bir centlmen kişi obrazı bəzəyir. Bəs centlmen kimdir və o necə olmalıdır? Sevgiliniz və ya həyat yoldaşınız necə, centlmendirmi?

 

Aile.lent.az centlmenliyin əsas əlamətləri barədə qeydlər aparıb.

 

Centlmen kişidə eqo yoxdur. O, dünyanın onun ətrafında fırlanmadığını bilir. Hamıya bərabər yanaşır və eyni cür də hörmət edir.

 

Centlmenlər görüş yerinə heç vaxt gecikməzlər. Geciksələr belə, aydın bir səbəb göstərib, üzr istəməyi bacararlar.

 

Centlmen üçün qadın həmişə birincidir. Avtomobilin qapısını açar, qadınlara yol verər, arxa planda qalmaqdan çəkinməz.

 

Centlmen mənasız zarafatlar və əl-qol hərəkətləri etməz.

 

Zorakılıq centlmendə əsla olmayan xüsusiyyətdir. Bütün xüsusiyyətləri olsa belə, zorakılığa meyli olan şəxs heç vaxt centlmen sayıla bilməz.   

 

Centlmenlər həmişə baxımlı və kübardırlar. Qarşılarındakı ilə necə davranmaq lazım olduğunu yaxşı bilirlər.

 

İndi yazının birinci abzasındakı suala özünüz cavab verin. Cavabınızın mənfi olmadığına ümid edirik. 

LENT

22 Mart 2017
21 Mart 2017
20 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017
14 Mart 2017