Termosları təmizləməyin 3 ASAN ÜSULU

Gündəlik həyatda tez-tez istifadə etdiyimiz termosları yumaq bəzən çətin olur. Ailem.az-ın verəcəyi bu üsulla termoslarınızı asanlıqla təmizləyərək daha gigiyenik hala gətirə bilərsiniz.

 

1. Toz halında olan yuyucu vasitə

 

Termosun içinə isti su doldurun və içərisinə bir qaşıq toz yuyucu vasitə əlavə edin. Bir az saxladıqdan sonra termosu yaxşıca yuyun.

 

2. Mineral su

 

Bir stəkan mineral suyu termosa tökün. Üzərini su ilə doldurun. 1 gecə boyu bu şəkildə saxlayın. Daha sonra durulamanı həyata keçirin.

 

3. Şüşə fırçası

 

Termos şüşədən hazırlanıbsa, bu fırçanı istifadə etməyiniz şərt deyil. Ancaq digər növ termosları təmizləmək üçün ideal bir vasitədir. Şüşə fırçasına pul vermək istəmirsinizsə, termosun içinə düyü tökün və isti su əlavə edin. Çirklər təmizlənənə qədər çalxalayın.

 

Əgər termosunuzdan pis qoxu gəlirsə, içinə bir stəkan duz tökün. Bir neçə gün boyu bu şəkildə saxladıqdan sonra termosu yuyun.

 

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018