Xanımlar, diqqət: Babet ayaqqabıların bu qədər zərərli olduğunu bilmirdiniz

Havaların isinməsi ilə bərabər mağazalarda müxtəlif çeşiddə, rəngdə babet ayaqqabılar satılmağa başlayır. Bu ayaqqabılar yastı dabanlı və rahat olduğu üçün xanımlar tərəfindən daha çox seçilir. Mütəxəssislər isə bildirir ki, əslində bu cür ayaqqabılar insan sağlamlığına zərərlidir. Ailem.az babet ayaqqabıların insan orqanizminə vurduğu zərərlə bağlı məlumatları diqqətinizə çatdırır.

 

Babet ayaqqabılardan çox istifadə etdikdə bədəndə fiziki pozulmaya səbəb olur. Yerimə əsnasında bədən dabanlara təzyiq edir, beləcə, vücudun bütün ağırlığı ayaq biləklərinə enir. Bu hal da ayaq və bel sümüyündə pozulmalar meydana gətirir, onurğa əyriliyi və bel yırtığı kimi xəstəliklər də ortaya çıxarır.

 

Eyni zamanda, babet ayaqqabılar ayaqda qalınlaşmaya və yeriyərkən forma pozuntusuna da səbəb ola bilir. Ayaq pəncəsi daim yerə düz basıldığı üçün yeriyərkən dizlər basqıya uğrayır və bu da zamanla diz sümüyündə əyilmə yaradır.

 

Mütəxəssislərin vurğuladığı bir digər təhlükəli hal isə ucuz vasitələrdən hazırlanan babet ayaqqabılardır. İnsan sağlamlığına mənfi təsir edən maddələrlə istehsal olunan babet ayaqqabı, barmaq arası infeksiya, ayaqlarda şiş və göbələk kimi müxtəlif dəri problemlərinin ortaya çıxmasına səbəb olur.

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018