Dünyada ilk: Dələyə protez ayaq taxıldı - FOTOLAR

Dünyada bir ilk gerçəkləşib və dələyə protez ayaq taxılıb. Ailem.az musavat.com-a istinadən Alf adlı dələnin film kimi həyat hekayəsini sizlərə təqdim edir.

 

Tayfun Dəmir evində Alf adında dələsi ilə yaşayır. Onun dələlərə qarşı bir marağı var və o, bizə Karamel adlanan dələ ilə ilk qarşılaşmasından danışdı: “Türkiyədə qadağan olunmasına baxmayaraq, dələlər hələ də satılır. Mən də bu barədə məqalələr və videolar paylaşmağa başlamışdım. Karamel də onu tutub satmaq üçün hazırlanan qapana girmiş və hər iki qolunu da onun arasında qoymuşdu. Mən onun videosunu görəndə qırılmış qolları sallanırdı. Onunla maraqlandım, Karamel 6 saatlıq bir əməliyyat keçirdi. Bu qədər uzun narkozda qalmaq dələlər üçün bir ilk və tək olay idi. Bir həftə sonra yenə zədələnməyə bağlı olaraq, ikinci əməliyat keçirdi və qolları alınmalı oldu. 15 günə yaxın açıq yara və antibiotik müalicəsi qəbul etdi”.

 

 

Dünyada ilk dəfə belə bir əməliyyat gerçəkləşib

 

Daha sonra Tayfun Dəmir İstanbul Aydın Universitetindən Op.Dr. Tolgay Şatana ilə görüşüb. Doktor ona bildirib ki, dələ üçün protez düzəldə bilərlər. Və beləliklə də dünyada bir ilk gerçəkləşib...

İstanul Aydın Universiteti Sağlık Xidmətləri Meslek Yüksekokulu müəllimi Mustafa Gültəkin balaca dələyə taxılan protezin dünyada bir ilk olduğunu dedi: “Biz də ilk dəfə bunu edirik. Dələlər vəhşi heyvan olduğu üçün çox diqqətli olmaq lazım idi. Taxdığımız protezi qəbul etməmək riski var idi. Ev heyvanları insana daha çox öyrəncəli olduqları üçün bu vəziyyəti daha tez qəbul edirlər, ancaq dələlərdə bu, belə deyil. Onlar bədənlərində başqa bir cismi istəmirlər. Dələlər çox sürətli hərəkət edən heyvanlardır. Ona görə də onun çıxara bilməyəcəyi bir sistem qurmağa çalışdıq”.

 

 

Hazırda Karamel bütün hərəkətləri edə bilir, sadəcə, qolu olmadığı üçün yemək yeyə bilmir.

“Çünkü onlar iki ayaqları üzərində duraraq, yemək yeyirlər. Biz onun hoppanmasına zərər verməməsi üçün təkərin altına amortizator yay sistemi qoymuşuq. Bütün məqsədimiz onu zərər görməyəcəyi bir sistemlə təmin etməkdir”, - deyə Mustafa Gültəkin qeyd edib.

 

“Bir heyvanın həyata bu qədər möhkəm tutunması mənə dərs oldu”

İstanbul Aydın Üniversiteti Sağlık Hizmetleri Meslek Yüksekokulu Müdürü Dr. Anıl Özgüç Karamelin əməliyyat prosesindən danışıb: “Heyvan böyük bir travma keçirdikdən sonra bizə gətirilmişdi. Bizim üçün də bu, ilk dəfə gerçəkləşdiriləcək bir əməliyyat idi. Ona görə də əlimizdən gələn qədər ehtiyatlı davrandıq. Bacarıb-bacarmayacağımızı bilmirdik. Onu əməliyyata alanda bura tələbələr ilə doldu. Təxminən 50 tələbənin əhatəsində idi. Əvvəl qorxdu, ancaq indi üçüncü səfərdir ki, bura gətirilir və artıq vəziyyətə öyrəşib. Karamelin artıq qolları yoxdur və təəssüflər olsun ki, vəhşi təbiətə dönə bilməyəcək. Ancaq onun hazırda hərəkət edə bilməsi də bizim üçün bir uğurdur. Bəzən özümüzü ümidsiz hiss etdiyimiz zamanları düşünürəm. 300 qramlıq bir heyvanın həyata bu qədər möhkəm tutunması mənim üçün bir dərs oldu. Dələnin sahibi Tayfun bəyin də bu uğur üçün mübarizəsi bizi heyrətə gətirdi. Bunu etmək üçün motivasiyamız da elə buradan qaynaqlanır”.

 

Karameli sahiblənən Tayfun bəy isə insanları lazımı qədər məlumatlandırmağa çalışdığını deyib: “Araşdırmağa başladıqca, dələlərin meşələrdən tutulub, ev heyvanı olaraq, insanlara satıldığını gördüm. İnsanlar da it-pişik yerinə dələ almağa başlayıblar. Ancaq onlar ev heyvanı deyillər, hamı onlar üçün xüsusi bir ərazi düzəldə bilməz. Dələləri qəfəslərə salırlar, heyvanlar da müəyyən bir müddətdən sonra stressdən ölürlər. Mən də bunları gördükcə, yazılar yazmağa, insanları məlumatlandırmağa başladım”. 

 

 

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018