51 yaşlı aktrisamız ana olmaq istəyir: "... öz işimdir"

Əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova ana olmaq istəyir.

 

Ailem.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, o, bu barədə ATV kanalında yayımlanan “Bizimləsən” proqramında məlumat verib. 

 

Aparıcı Zaur Baxşəliyev canlı efirdə deyib ki, əməkdar artist həkimdən yardım alaraq ana olmaq istədiyini söyləyib. 

51 yaşlı aktrisa isə Azərbaycanda alınmasa da, başqa bir ölkəyə gedərək istəyini reallaşdıracaq. 

 

Bundan əlavə, M. Xanlarova mətbuata da müraciət edib: “Məni izləyən bütün jurnalistlərə demək istəyirəm ki, bir kəlimə belə artıq yazmayın. Əcəb edirəm, ana olaram-olmaram, fərq yoxdur, bu, mənim şəxsi işimdir. Ərə gedərəm-getmərəm, bu da mənim şəxsi işimdir. Heç kəs qarışa bilməz”. 

 

Qeyd edək ki, əməkdar artist bu günədək ana olmayıb.  O, bacısı qızını övladlığa götürüb. 

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018