Gözəgəlimli buynuzları başlarının bəlasıdır – ADİ SU KEÇİLƏRİ

“Adi su keçisi adlı antilop da var, deyim bilin. Peşman olub arada suya girib yosun-filandan yeyirdi. Bir də onda ayılıb ki, bir adı iki olub. Naəlac qalıb adlarına layiq əməllicə üzməyi də öyrəniblər”.

Bu maraqlı məlumatı azərbaycanlı fotoqraf Arif Ələkbər adi su keçiləri barədə deyib. Ailem.az fotoqrafın Uqandada çəkdiyi fotoları və adi su keçiləri barədə məlumatlarını təqdim edir.  

 

- Afrikada Böyük səhradan cənubda bolluca yayılıb. Erkək fərdlərinin boyu 130 sm, çəkisi 250 kq-dək olur, 30-100 sm-lik buynuzları da var.

 

- Əsasən kiçik qrup halında yaşayırlar. Bekar vaxtlarında nəsil artırırlar, yəni konkret zamanı yoxdur. Hamiləlik dövrü 7-8 ay olur. Çox vaxt 1, nadir hallarda 2 övlad valideyni olurlar. 3 də olur. 1,5 yaşında bala həddi-buluğa çatmış hesab olunur.

 

- Erkək fərdlər, adətən, təkbaşına gəzib dolanırlar. Dişilər öz körpələri ilə dəstə halında arabir erkəklərin yaşadıqları antilopxanalara baş çəkirlər.

 

- Vəhşi təbiətdə 12 ilədək yaşayırlar. Gözəgəlimli buynuzlarına görə insanlar göz verib işıq vermirlər onlara.

 

- 5 növləri olur. Adi su keçisi Böyük səhradan cənubda, habelə Somali və Seneqalda, puku su keçisi Zambiya, Botsvana, Tanzaniya, Zair və Malavidə, kob su keçisi Seneqal, Həbəşistan, Qambiyada, liçi su keçisi Anqola, Zambiya, Botsvana və Zairdə, Nil liçi su keçisi isə Həbəşistan və Sudanda yaşayırlar. 

 

- Adi su keçilərinin dəri vəzləri özünəməxsus iyi olan maye ifraz edirlər ki, onun da iyi keçinin ətinə keçir. Ona görə də insanlar arasında onların ətini ancaq acından ölənlər yeyir. Amma dərisi və buynuzlarına görə hörmət-izzətə sahib şikar sayılırlar.

 

 

 

 

 

 

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018