Uşağın boğazını silərkən bunlara diqqət edin – PEDİATRDAN GÖSTƏRİŞ

Boğaz ağrısı bir çox insanı narahat edir, xüsusilə də uşaqları. Həmçinin bu xəstəliyə həm yayda, həm də qışda sıx rast gəlmək olur. Udqunmaq çətinləşir, boğaz şişir, çirk edir. Bu zaman isə valideynlərin ən çox əl atdıqları üsul boğazda yaranan çirki silməkdir. Bəs bu üsul doğrudurmu və uşaqların boğazını silən zaman nələrə diqqət etmək lazımdır? Ailem.az bununla bağlı pediatr Aytən İsmayılzadənin fikirlərini diqqətinizə çatdırır.

 

Həkim bildirir ki, irinli angina varsa, irinin buradan mexaniki üsulla kənar edilməsi lazımdır: “Bir abses düşünək: abses yarılmadan ora hər hansı antibiotiklər təsir edərmi? Yaxud da bir panarisi (dolama) zamanı irinin axmasına yol açılmazsa, nəticəsi daha pis ola bilər. Konkret misal üzərindən deyəcəm: Balacanın iki yaşı var idi. Badamcıqlar şişmiş, qızarmıs, üzəri irinli follikullarla dolmuşdu. Hərarəti 38-39 idi və iştahı yox idi. Yenə antibiotik edəkmi? Mənim yanıma gələrkən artıq antibiotik almışdı. İmmunomodulyasiya və yerli olaraq irinin təmizlənməsinə başladıq. İkinci gündən hərarət düşdü, iştah açıldı. Hər şey yaxşı oldu bir sözlə. Əlbəttə burada antibiotik terapiya göstəriş idi. Amma sildik və təmizlədik”.

 

A.İsmayılzadə deyir ki, silən zaman zədələmədik, əsas nüans da budur: “Kim və necə təmizləyəcək. Nəyə diqqət edəcəyik. Törədicinin nə olduğunu bilmədiyimiz üçün daha ehtiyatlı olmalıyıq. Birdən streptokokk olar və qana keçib rahatlıqla ürək qapaqlarını zədələyər. Sadəcə əsnəkdən yaxma götürmək üçün istifadə edilən ucu pambıqlı uzun çöplərlə zədələmədən yumşaq bir şəkildə badamcıqların üzəri silinə bilər”.

 

Pediatr məlumat verir ki, boğaz silən zaman 3%li perekis məhlulu ilə, sonra da 1% yoseptlə bunu etmək olar: “Əlbəttə, bir dəfəyə tər-təmiz etmək fikrində olsaq, zədələyərik və qanadarıq. Əgər uşaq boğazını yaxalaya biləcək yaşdadırsa, bu, çox yaxşı. Ehtiyatla, amma hər gün etməklə antibiotiksiz də nəticə ala bilərik, immunomodulyasiyanı davam etməklə”.


O həmçinin uşağın boğazını silən zaman nələrin edilməməsinə də aydınlıq gətirir:


- badamcığı basmaq
- bərk silib zədələmək
- kobud lifli bint materialından istifadə

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018