Kafelləri təmizləmək üçün QARIŞIM

Hamam təmizliyində diqqət edilməli ən əhəmiyyətli nöqtələrdən biri kafellərin təmizliyidir. Adətən kafellərin arasına dolan çirk pis bir görünüş yaradır. Ailem.az-ın verəcəyi bu qarışımla kafelləriniz parıldayacaq.

 

Lazım olanlar:

 

1 stəkan hidrogen peroksid

1 xörək qaşığı soda 

Bir az yuyucu vasitə

 

Hazırlanması:

 

Bir balonun içərisinə bütün vəsaitləri töküb ağzını bağlayaraq, 10 dəqiqə çalxalayın. Köpüklənməyə başlayan qarışımı plastik qaşıqla qarışdırın. Bu qarışımı çirkli kafellərin üzərinə töküb ovalayın. Kafelləriniz tərtəmiz olacaq.

LENT

21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018