Paltardakı yağ ləkəsini belə təmizləyin - ÜSUL

Yağ ləkəsini təmizləməyin bir çox fərqli yolu var. Təbii ki, yağın növü və bulaşdığı yer də çox əhəmiyyətlidir. Parça yağı çox sürətlə özünə çəkdiyindən sadəcə su, sabun və ya yuyucu vasitə ilə ləkəni təmizləmək mümkün olmur. Ailem.az yağ ləkəsini aparmağın asan üsullarını göstərir.

 

Yeməyin yağı paltara töküldükdə ilk olaraq üzərinə duz tökmək lazımdır. Zeytun yağı və duru yağ ləkəsini təmizləmək üçün limonlu turşu tərkibli olmayan bir qabyuyan maye

lazımdır.

 

Yağ parçaya damcıladığı an üzərinə uşaq pudrası tökmək də olduqca təsirli bir vasitədir.

Sintetik parçalardakı ləkə üçün etil spirti istifadə etmək olar. Bunun üçün ləkəli yeri spirtli parça ilə silib, açıq havada qurutmağınız kifayətdir.

 

İpək parçadakı yağ ləkəsi üçün ammonyak istifadəsi məsləhətdir. Bir stəkan suya eyni miqdarda ammonyak töküb, ləkəli yeri parça ilə silmək lazımdır. Daha sonra silinən yerə kağız dəsmal qoyub ütüləmək uyğundur.

 

Motor yağlarının ləkələri kor bir bıçaq ilə parçadan qaşınaraq çıxardılmalıdır. Üzərinə vazelin sürtərək parça yumşaldıla bilər.

 

 

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018