Anadangəlmə ürək qüsurlu körpələr əməliyyat olundu

Bakı Ürək Mərkəzində ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudovun rəhbərliyi altında növbəti uğurlu əməliyyat icra olunub, anadangəlmə ürək qüsurundan əziyyət çəkən körpələr sağlamlığa qovuşublar.

 

Ailem.az-ın məlumatına görə, əməliyyatlar geniş mədəcikarası çəpərin defekti və ciddi ağciyər (pulmonar) hipertenziya ilə 2 və 4 aylıq uşaqlar üzərində icra edilib.

 

Əməliyyatın mürəkkəbliyi körpələrdə qüsura görə yaranan ciddi ağciyər arteriyasının hipertenziyası və buna bağlı körpələrin inkişafdan geri qalmalarında idi. Adi, kiçik defektlərdən fərqli olaraq, bu cür patologiyaya vaxtında müdaxilə olunmasa, iri defekt ağciyər arteriyasında təzyiqin yüksəlməsinə səbəb olur, ürəkdə ciddi geriyədönməz dəyişikliklərə gətirib çıxarır və bu dəyişikliklərlə bağlı ürək çatışmazlığı əmələ gəlir.

 

Qüsur aradan qaldırıldıqdan sonra kiçik pasiyentlərin çəkisində artma müşahidə olunub və uşaqlar tezliklə tam sağlam şəkildə evə yazılıblar.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018