Badambura belə bişirilir – RESEPT

Artıq Novruz bayramına sayılı günlər qalır. Xanımlar bayram xonçası üçün şirniyyat bişirmə hazırlıqlarına başlayıblar. Ailem.az bayram süfrənizə ləzzət qatacaq badamburanın reseptini verir.

 

Tərkibi:

 

400 qr əla növ un

200 qr xama

200 qr badam

1 stəkan şəkər tozu

1 xörək qaşığı şəkər pudrası

60 qr kərə yağı

1 çay qaşığı döyülmüş hil

Zövqə görə duz

 

Hazırlanması:

 

Əvvəlcə iç hazırlanır. Təmizlənmiş badam çərəz maşınından keçirilir və şəkər tozu ilə qarışdırılır. Hil dənələri həvəngdəstədə döyülür, içə əlavə edilərək yaxşıca qarışdırılır. Undan və xamadan xəmir yoğurulur. Stolun üstünə qoyaraq 300 qramlıq tikələrə bölünür. Hər xəmir tikəsi kündələnərək 2 mm qalınlığında yayılır, yağlanır və boru şəklində bükülür. Çox böyük olmayan hissələrə bölünərək yenidən yumrulanır və 5-6 mm qalınlığında yayılır. Sonra yayılmış dairənin ortasına iç qoyulur, ortadan bükülür və kənarları birləşdirilir. Sobada 170-180 dərəcə temperaturda 25-30 dəqiqə bişirilir. Hazır məhsul soyudulur və üstünə şəkər pudrası səpilir.

 

Nuş olsun!

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018