Tül pərdələri ağartmağın 2 ASAN YOLU

Xüsusilə yaz təmizliyi dedikdə ilk ağıla gələn pərdələrin təmizliyidir. Tüllərimiz daim ağappaq olsun istəyirik, amma saralmış və bozarmış tül pərdələri nə qədər yusaq da, əvvəlki ağlığına qaytara bilmirik. Ailem.az sizə tülləri necə ağardacağınızla bağlı faydalı məlumatlar verir.

 

Tüllər sirkə ilə ağardıla bilər

 

Hər dərdə dəva olan sirkə tüllərin ağardılmasında da faydalıdır. Paltaryuyan maşınınızın yuyucu vasitə bölməsinə bir az sirkə tökərək, həm tüllərinizin ağarmasını, həm də sirkənin dezinfeksiya edici özəlliyi ilə çirkdən təmizlənməsini təmin etmiş olacaqsınız. Həmçinin sirkənin bir digər xüsusiyyəti də tüllərinizin yumşaq qalmasını təmin etməsidir.

 

Tüllər şəkər tozu ilə ağardıla bilər

 

Tül pərdələrin ağarmasında hər kəsin rahatlıqla tətbiq edəcəyi bir digər üsul şəkər tozudur. Tüllərinizi yuyarkən pərdələrinizin üzərinə iki qaşıq şəkər tozu əlavə etsəniz, nəticənin gözünüzü qamaşdıracağını görəcəksiniz.

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018