Balıq qızardanda unlamayın - XƏBƏRDARLIQ

Ən faydalı və sevilən yeməklərdən biri balıqdır. Amma balığı bişirərkən edilən bəzi səhvlər bu qidanın faydasından daha çox sağlamlığımıza zərər verməsi ilə nəticələnir. Ailem.az balıq bişirərkən diqqət etməli olduğumuz məqamları sadalayır.

 

Hər kəs balıq qızardanda əvvəlcə onu unlayır, sonra yağda qızardır. Lakin mütəxəssislər bildirir ki, bu, olduqca yanlışdır. Balıqlar bu üsulla bişirildikdə karbohidrat və şəkər yüksək miqdarda istiliyin təsirində qalaraq, kanserogen maddələri üzə çıxarır. Bu birləşmələr yağda qızardılan qidalarla ortaya çıxır.

 

Ən sağlıqlı balıq buğlama yolu ilə bişirilir

 

Mütəxəssislər qeyd edir ki, balığın ən ideal bişirilmə üsulu buğlamadır. Eyni zamanda, balığı aşağı temperaturda sobada bişirmək də məsləhətlidir.

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018