Ayaq barmaqlarınızın forması xasiyyətiniz haqda nə deyir? - XARAKTERİSTİKA

Hər insan fiziki göstəricilərinə görə bir-birindən fərqlənir. Barmaq izləri, xasiyyəti fərqli olduğu kimi, ayaq barmaqları da hər kəsdə fərqli olur. Ailem.az ayaq barmaqlarınızın formasına görə xasiyyətinizin necə olduğunu deyəcək.

 

Uzundan qısaya doğru

 

Ayaq barmaqları adətən kiçik olur. Sirr saxlamaqda olduqca yaxşıdırlar. Başqalarının problemini dərd edirlər. Həyat yoldaşlarına çox bağlı olurlar.

 

Yunan formalı ayaq 

 

Bu ayaq sahibləri, ikinci ayaq barmağı başbarmağından böyük olanlardır. Bu insanlar yaxşılıqsevər və asan həyəcanlanan olurlar. Ancaq stressə qarşı çox dayanıqlı deyillər. Yataqda olduqca müstəqildirlər.

 

Bütün barmaqların bərabər olması

 

Bütün barmaqlar eyni uzunluqdadır. Güvənilən və vicdanlıdırlar. Düzən və təmizlik onlar üçün önəmlidir. Məntiq onlar üçün daha əvvəl gəlir, ancaq nadirən də olsa duyğuları ilə hərəkət edirlər.

 

Roma formalı ayaq barmaqları
 

Roma ayaqlı insanların baş barmaqları və ikinci barmaqları eyni uzunluqdadır. Bu ayaq formasındakı insanların olduqca sosial bir xüsusiyyəti var. Macəranı, kəşf etməyi və səyahəti sevirlər. Maraq dairəsində almağı xoşlayırlar. Professional olaraq adətən çox müvəffəqiyyətlidirlər. Eşq həyatları isə olduqca ehtiraslıdır.

 

Çeçələ barmağınız digər barmaqlardan ayrılırsa

 

Əksər insan ayaq çeçələ barmağını digər barmaqlarından ayıra bilmir. Ayaq çeçələ barmağınızı digər barmaqlardan ayıra bilirsinizsə, siz macərapərəstsiniz və darıxmağa nifrət edirsiniz.

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018