Elnarədən Xocalı haqqında iki mahnı: “O qədər təsirləndim ki...”

 

Elnarədən Xocalı haqqında iki mahnı: “O qədər təsirləndim ki...”  

 

Müğənni Elnarə Xəlilova “Justice for Khojali”” (“Xocalıya ədalət”) adlı mahnı təqdim edib. Musiqi parçası İngilis və Azərbaycan dillərindədir. Mahnının sözləri Azərbaycan Dillər Universitetinin müəllimi, əslən Xocalıdan olan Yusif Savalan, musiqisi Elnarənin özünə, aranjemanı Emil Həşimova aitdir.

Elnarə mahnının ingilis dilində olmasına da aydınlıq gətirib: “Məqsədimiz bütün dünyaya Xocalı soyqırımını çatdırmaqdır. Mən sözləri oxuduqdan sonra o qədər təsirləndim ki, bir günün içində ona musiqi yazdım. Mahnıdakı sözlər çox təsirləndirdi”.

Layihənin rəhbəri Elnarə Xəlilova, təşkilatçıları Rövşən Cahangirov və Yaqub Cavadovdur. Video-klip üzərində Ramin Mirzəyev və Seymur Əlibəyov çalışıb.

 

Mahnıları bu linklərdən dinləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=tKMFRBEyvoM&feature=youtu.be

https://www.youtube.com/watch?v=vnYdfIZ3UpM&feature=youtu.be

 

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018