Təbiətin gözüqıpıq heyvanları – HƏDDİNDƏN ÇOX DÜŞMƏNİ VAR

Azərbaycanlı fotoqraf Arif Ələkbər Tanzaniyanın Tarangire qoruğunda impalaların fotolarını çəkib. Ailem.az həmin fotoları və fotoqrafın impalalar haqqında maraqlı müşahidələrini diqqətinizə çatdırır.

 

Saatda 80 km sürətlə qaçaraq, 3 metr hündürlüyə tullanmağı azmış kimi, 10 metr uzunluğa da imza atan impala antilopu! Bunu ancaq vəhşi heyvanların hücumundan qurtulmaq üçün etmirlər, arabir “mırtçün” də edirlər.

 

Əksər hallarda 15-100 fərddən ibarət sürüdə yaşayırlar. Yemək-içməyin bol olduğu yerlərdə bu say daha çox olur.

 

 

Ölçüləri 65-90 sm, çəkiləri 40-65 kq olur. Erkək fərdlərin 90 sm-dək uzunluğunda buynuzları da var.

 

İmpalalar Şərqi və Cənubi Afrikada yayılıblar və bu ərazilər digər antiloplardan böyüklüyünə görə fərqlənir. Susuz dünya-aləm gözlərinə qaranlıq görünür, ona görə də su mənbələrindən 7-8 km-dən uzaq məsafədə olmurlar.

 

 

Müxtəlif çeşidli düşmənləri var: aslanlar, bəbirlər, gepardlar, kaftarlar, timsahlar… Elə buna görə də gözüqıpıqdırlar. Bir balaca təhlükə duyan kimi dabanlarına tüpürürlər, özü də hücum edəni çaş-baş salmaq üçün müxtəlif səmtlərə qaçırlar. Vəhşi heyvan da hansının izinə düşməyi qərar verənə kimi artıq iş-işdən keçmiş olur - impala qaçıb gedir.

 

 

Aprel-may aylarında qrafiklərində nəsil artırmaq olur. Özü də bu xoşbəxtliyə yalnız şəxsi ərazisi olan impalalar nail olur. 

 

7 aylıq hamiləlik dövründən sonra dişi impala sürüdən ayrılır, xəlvət yerdə bala dünyaya gətirir, 1-2 gündən sonra da qayıdıb gəlir. Bala 4 ay ana südü ilə qidalanır. 15 il yaşayırlar.

 

 

 

 

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018