Yeni doğulanlar ən çox bu ölkədə ölür - SİYAHI

Pakistanda yeni doğulan körpələr arasında ən yüksək ölüm səviyyəsi qeydə alınıb.

Ailem.az trend-ə istinadən məlumat verir ki, bu barədə YUNİSEF-in hesabatında yazılıb. Hesabata əsasən, dünyada hər il 2 milyon 600 min yeni doğulan körpə ölümü qeydə alınır.

 

Pakistanda bu hal daha acınacaqlıdır. Belə ki, bu ölkədə hər 1000 körpəyə 46 ölüm halı baş verir.

 

Hesabata əsasən ikinci yerdə Cənubi Afrika Respublikası, üçüncü yerdə isə Əfqanıstan qərarlaşıb.

 

Ən az ölüm halı isə Yaponiyada qeydə alınıb. Bu ölkədə 1000 körpəyə 1 ölüm halı baş verir. Yaponiyadan sonra isə ən az körpə ölümü İslandiya və Sinqapurda qeydə alınıb.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018