Uşaq otağını dizayn edərkən bu rəngləri seçin - MƏSLƏHƏT

Uşaq otaqları üçün boya seçəndə valideynlər bəzi məqamlara diqqət etməlidirlər. Aparılan araşdırmalara görə, rənglərin zehni inkişafa və yaradıcılığa, öyrənmə qabiliyyətinə təsiri var. Bəs uşaq otağını dizayn edərkən hansı rənglərdən istifadə olunmalıdır? Hansı rəng uşağa necə təsir edir? Ailem.az bununla bağlı türkiyəli memar Betül Uçun məsləhətlərini diqqətinizə çatdırır.

 

Cinsiyyətə görə rəng seçimi

 

Uşaqlar rəngləri həyatlarının hər yerində görməkdən xoşlanırlar. Oğlan uşağı üçün mavi, qız uşağı üçün çəhrayı rəng etalon deyil. Uşaqlar üçün hazırladığınız məkanlarda bütün rənglər və xüsusilə qırmızı, mavi, yaşıl (əsas rənglər) rənglər bərabər şəkildə divar və əşyalara bölünməlidir. Rənglərdə tünd çalarlar da ayrıca yaradılmalıdır.

 

Şəxsi xüsusiyyətlər əhəmiyyətlidir

 

Uşaq otaqları əyləncəli, rahat, eyni zamanda, sağlıqlı bir yuxu üçün basırıq dizayn edilməməlidir. Uşaq otağı dekorasiyasında canlı rənglərdən istifadə etmək onların yaradıcılıq qabiliyyətini artırır və daxili dünyalarını üzə çıxarmağa kömək edir. Ancaq hər rəng uşağınızın şəxsiyyətinə uymaya bilər.

 

Duyğusal və fiziki inkişafda rənglərin əhəmiyyəti: 

 

Qırmızı: Enerji verir, xəbərdaredicidir, iştah açan bir rəngdir.

Çəhrayı: Qırmızıya nisbətən daha az təsirli rəngdir. Sakitliyi və xoşbəxtliyi təmsil edir.

Narıncı: Canlılıq, enerji və əyləncəni təmsil edir. Həzm və immunitet sisteminə təsir göstərir.

Sarı: Tarazlığı təmin edir, ilham vericidir, beyni xəbərdar edən bir rəngdir.

Mavi: Dinclik gətirir, rahatladıcı və sakitləşdiricidir, azadlığı təmsil edir.

Yaşıl: Rahatladıcı, yaradıcılığa təsir edən və güvən duyğusunu təmsil edir.

Bənövşəyi: Məsuliyyət hissi olan, istəyi və hərəkəti azaldan bir rəngdir.

 

Boya tərkibinə diqqət

 

Uşaq otaqları üçün divar boyası seçərkən diqqət edilməsi lazım olan alternativlərdən biri yağlı boya yerinə su tərkibli boya seçməkdir. Bunun səbəbi odur ki, su tərkibli boyalar kimyəvi maddələrlə deyil, su ilə açılır. Divarların nəfəs almasının qarşısını almaz. Qısa zamanda quruyar və qoxusu olmaz. Kif önləyici və antibakterial növləri mövcuddur.

 

Həmçinin uşaq otaqlarında divar kağızının istifadəsində də heç bir problem yoxdur.

 

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018