Umac piroqunun HAZIRLANMA QAYDASI

Mətbəxdə asan və ləzzətli şirniyyatlar bişirməyi əksər xanımlar çox sevir. Ailem.az bu dəfə həm ləzzətli, həm də asan hazırlanan umac piroqunun reseptini verir.

 

Tərkibi:

 

4 stəkan un

2 stəkan şəkər tozu

1 stəkan duru yağ

1 stəkan qatıq

3 ədəd yumurta

1 paket vanil

1 paket qabartma tozu

 

Hazırlanması:

 

Unla şəkər tozunu qarışdırın. Sonra duru yağı əlavə edib qarışdıraraq umac hazırlayın. Umacdan 1 stəkan götürüb kənara qoyun. Yumurtanı başqa bir qabda yaxşıca çalın, qabartma tozunu qatığa töküb köpürdərək, onun içinə tökün. Daha sonra vanil və umacı qatıqlı qarışıma əlavə edərək, yavaşca qarışdırın. Diqqət edin ki, umaclar çox açılmasın. Yağlanmış soba qabına qarışımı tökün və üzərinə kənara ayırdığınız 1 stəkan umacı səpin. Əvvəlcədən qızdırılan 180 dərəcəlik sobada 20-25 dəqiqə üstü qızarana qədər bişirin. Tam soyuduqdan sonra romb formasında doğrayıb, servis edə bilərsiniz.

 

Nuş olsun!

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018