Buynuzlarının uzunluğuna görə "Ginnesin Rekordlar Kitabı"na düşüb – HEYRƏTAMİZDİR

Azərbaycanlı səyahətçi-fotoqraf Arif Ələkbər Kosta-Rikada vatussi kəllərinin fotolarını çəkib. Ailem.az nəhəng buynuzluların fotolarını və fotoqrafın onlar barədə maraqlı qeydlərini təqdim edir.  

 

6 min ildən çox tarixləri olan vatussi (ankole) kəllərinin təkcə buynuzlarının çəkisi 90-100 kiloqramdır. Uzunluğu da 2,4 metrədək. Soruşan lazım, niyə bu, kəl balası kimi normal ölçülü buynuzlarla kifayətlənməyib? Səbəbini biləndə, adamın bu buynuza «buynuz» deməyə dili gəlmir. Əsl kondisioner imiş! Afrika savannasındakı +50 dərəcəli qızmar havada bu buynuzlar kəllərin istidən şil-küt olmalarının qarşısını alır. Onlar radiator kimidirlər: buynuzların sümük oxları çoxlu sayda kapilyar şəbəkələrdən ibarətdir ki, burada hərəkət edən qan hava axını vasitəsilə soyudularaq bütün bədəni boyunca hərəkət edir və bununla da bədənin temperaturunu aşağı salır. «Radiator» nə qədər böyük olsa, temperaturun soyudulması bir o qədər sürətlə baş verir.

 

 

Vatussilərin tarixi vətəni Afrikadır (Ruanda, Keniya, Uqanda, Burundi), amma yemək sarıdan ərköyün olmadıqlarına görə, 1960-cı illərdə digər qitələrdə də yayılmağa başlayıblar.

 

Buynuzqarışıq çəkiləri 400-750 kiloqramadəkdir. Balaları ata-analarına nisbətən çox xırda olurlar: cəmi 14-23 kq və bu ölçüdə də bir neçə ay qalırlar. Valideynlik instinktləri çox inkişaf edib. Gecə balaları vəhşi heyvanlardan qorumaq üçün özləri dairə qurub yatırlar, körpələri də dairənin ortasında yerbəyer edirlər.

 

Yeri gəlmişkən, buynuzlarının uzunluğuna görə "Ginnesin Rekordlar Kitabı"na düşən vatussi: ABŞ-ın Arkanzas ştatında yaşayan Laç ləqəbli kəl olub (fotosu - şərhdə). Ona şöhrət gətirən buynuzlarının uzunluğu 92,25 sm və hər biri 50 kiloqramadək olub. İndi olmasın.

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018