Brilliant Dadaşova: "Ona görə özümü öldürmək istəyirdim"

Ailem.az xalq artisti Brilliant Dadaşovanın yenicag.az-a müsahibəsini təqdim edirik.

 

- Brilliant xanım, necə edirsiniz ki, hər zaman belə gözəl, cazibədar qalırsınız?
 

- Heç vaxt özümü gözəl hesab etməmişəm. Hər zaman demişəm və yenə deyirəm ki, evimizin ən çirkin qızı olmuşam. Siz mənə gözəl deyirsiniz, özümə baxıram ki, görüm haram gözəldir? (gülür)

 

- Hər halda, gözəllik sirriniz var.
 

- İdman edirəm, insanlara hər zaman pozitiv enerji ötürürəm, onların yaxşılığını istəyirəm, müsbət düşünürəm. Bəyəm bunlar azdır?

 

- Sizcə, qadını gözəlləşdirən qüvvə hansıdır?
 

- Yaxşı niyyət.

 

- Bəs sevgi?
 

- Əlbəttə, sevgi də güclü amildir. (oğlu Cahadı göstərir) Bu da mənim sevgilim. Bir ona baxın, görün necə yaraşıqlıdır.

 

- Şou-biznes aləmində ailəsini qoruyub saxlayan cütlüklər çox azdır. Maşallah, illərdir ki, ailənizi qoruyub saxlamısız. Bu məsələdə kimin rolu daha çox olub? Sizin, yoxsa Ədalət müəllimin?
 

- Hər ikimizin.

 

- Müsahibələrinizin birində demişdiniz ki, hələ evlənməzdən əvvəl, həyat yoldaşınıza görə özünüzü öldürmək istəmisiz. İndi də ona görə özünüzə qəsd edərdiniz? Yəni demək istəyirəm ki, illər öncə yaşanan o sevgi, o həyəcan bu gün də qalıbmı?
 

- Əlbəttə, o vaxt onun üçün özümü öldürmək istəyirdim, amma indi təbii ki, ona görə özümü öldürmərəm. (gülür)

 

- Bunu özünə demisiniz?
 

- Hə, özü də bilir.

 

- Həyat yoldaşınız hansı xüsusiyyətinə görə bu günə kimi yanınızdadır və sizi indi də özünə aşiq edir?
 

- Tərbiyəsinə, mədəniyyətinə görə. İnsanlarda ən birinci dəyər verdiyim xüsusiyyət səmimiyyət, mədəniyyət və tərbiyəli olmasıdır.

 

- Bəs sizcə, Ədalət müəllim sizə hansı xüsusiyyətinizə görə vurulub?
 

- Dəqiq deyə bilmərəm. Bu sualın düzgün cavabını Ədalət özü verərdi.

- Təbii ki, ailə söz-söhbətsiz ötüşmür. Elə bir məqam yaşanıbmı ki, "boşanıram" deyə qərar verəsiz?

 

- Yox, heç vaxt bu məqama gəlib çatmamışıq.

 

- Ailəni qorumaq üçün xanımlara nə məsləhət verərdiniz?
 

- Səbrli olsunlar. Yanındakı insana - həyat yoldaşına olan hörməti hər zaman qoruyub saxlasınlar.

 

- Xəyanətə münasibətiniz necədir? Əksər xanımlar kimi, yəqin siz də xəyanəti bağışlamırsız...
 

- Ər-arvad arasında xəyanət varsa, bir yerdə yaşamağın mənası yoxdur.

 

- Əgər həyat yoldaşınız sizə xəyanət etmiş olsaydı, buna reaksiyanız necə olardı?
 

- Yenə də bu fikrimdə qalıram: xəyanət varsa, o şəxslə bərabər yaşamağın mənası yoxdur.

 

- Sizcə, həyat yodaşınız sizə xəyanət edib?
 

- Bilmirəm və soruşmuram da. Bunu onun özündən soruşmaq lazımdır.

 

LENT

23 Fevral 2018
22 Fevral 2018
21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018