Kapron corabları cırılmağa qoymayan FƏRQLİ ÜSUL

Elə bir ev tapmazsan ki, orada soyuducu olmasın. Meyvə-tərəvəzlərin, süd, ət məhsullarının təzə qalması üçün soyuduculardan istifadə edirik. Amma soyuducudan başqa məqsədlər üçün də istifadə olunur. Ailem.az soyuducunun buzxanasından başqa məqsədlər üçün yararlanmağın yollarını göstərir.

 

Corabların cırılmasının qarşısını alır

 

Nazik kapron corabların ən böyük problemi tez cırılmasıdır. Bu problemin olmaması üçün yeni aldığınız kapron corabları isladıb, suyunu sıxın və 12 saat boyunca buzxanada bir paketin içində saxlayın. 12 saatdan sonra otaq temperaturunda qurudun.

 

Saqqız ləkələrini təmizləyir

 

Ayaqqabınıza saqqız yapışarsa, heç narahat olmayın. Saqqızı təmizləməyin asan bir yolu var. Saqqızın üzərinə bir kağız qoyun və ayaqqabınızı 2 saat buzxanada saxlayın. Beləcə, saqqız ayaqqabınızdan asanlıqla çıxacaq.

 

Ayaqqabı qoxularını aparır

 

Pis qoxu yayan ayaqqabılarınızı bir sellofan torbaya qoyub buzxanada saxladıqdan sonra, qoxunun getdiyini hiss edəcəksiniz.

 

Paltarların tiftiklənməsinin qarşısını alır

 

Toxunma, yun koftaların, jaketlərin, paltarların tiftiklənməməsi üçün bir gecə boyu sellofan torbaya qoyaraq buzxanada saxlayın.

 

Dodaq boyasını tündləşdirir

 

Dodaq boyasının rənginin daha kəskin və gözəçarpan olmasını istəyirsinizsə, mütləq buzxanada saxlayın. Beləliklə, pomadalarınız daha gözəl və təzə qalacaq.

 

Göz boyalarını kəskinləşdirir

 

Göz karandaşlarınızı istifadə etməzdən əvvəl 15 dəqiqə buzxanada saxlasanız, karandaşınızın daha kəskin rəng aldığını görəcəksiniz.

 

Günəş yanıqlarını aparır

 

Günəş yanıqlarını aparmağın ən gözəl yolu buz küpləridir. O qorxunc yanıqları yumşaltmaq üçün buz küpləri içərisinə aloe vera gelini qoyaraq dondurun. Donan aloe veranı yanıqlarınızın üzərində gəzdirin. Bu, ağrını azaltmağın ən təsirli yoludur.

 

Təbii gözəllik vasitələrinin ömrünü uzadır

 

Təbii gözəllik vasitələrinin içərisində qoruyucu və qatqı maddələri olmadığından soyuducuda saxlayaraq, ömürlərini uzada bilərsiniz.

 

Şamların ömrünü uzadır

 

Şamları istifadə etməzdən qabaq dondurmaq onların ömrünü uzada bilir. Şamın yanma müddəti iki qat artır.

 

 

 

LENT

23 Fevral 2018
22 Fevral 2018
21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018