Üzünüzü gündə 3 dəfə soyuq suyla yuyun - FAYDALARI

Soyuq su ilə üz yumağın dəridəki ölü hüceyrələri təmizlədiyini, sızanaqların azalmasını təmin etdiyini bilirsiniz? Ailem.az soyuq su ilə üz yumağın bilmədiyiniz faydalarından danışır.

 

Gün ərzində çirkli hava və makiyaj kimi bir çox səbəblər dəriyə mənfi təsir edir. Bu mənfi təsirlərin dərimizə zərər verməməsi üçün praktik vasitələr axtarmağa başlayırıq.

 

Bu halda etməniz lazım olan ən sadə yol isə üzü gündə ən az 3 dəfə soyuq su ilə yumaqdır.

 

Soyuq su dərinin orta təbəqəsində yığılan çirki aradan qaldırır. Dəriyə ən yaxın olan hissə üzümüzdəki yağ səviyyəsini tənzimləyir. Soyuq su dərinin bu təbəqəsini xarici faktorlardan qoruyur və qidalandırır.

 

Dərinin özünü yeniləməsini sürətləndirir.

 

Məsamələri kiçildərək qara nöqtə yaranmasını azaldır.

 

Gecə yatmazdan qabaq soyuq su ilə üz yumaq sızanaqların yaranmasının qarşısını alır.

 

Əgər dəriniz qurudursa, soyuq su ilə üzünüzü yuduqdan sonra mütləq yüngül bir nəmləndirici istifadə edin.

 

 

 

 

 

 

LENT

23 Fevral 2018
22 Fevral 2018
21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018