Limonlu tartın HAZIRLANMA QAYDASI

Limonu adətən çayla içməyi sevirik. Amma limon şirniyyatlara da özünəməxsus turşməzə dad, ətirli qoxu verir. Ailem.az sizə limonlu tartın hazırlanma qaydasını təqdim edir. 

 

Ərzaqlar:

 

1 stəkan un

1,5 xörək qaşığı kərə yağı

1 stəkan süd

1,5 xörək qaşığı pudra şəkəri

1 yumurta sarısı

1,5 ədəd limon

1 ədəd portağal

1,5 stəkan su

1 paket jele

1 stəkan şəkər tozu

 

Hazırlanması:

 

Unu geniş bir ləyənə tökün və ortasını oyun. İçinə kərə yağını, yumurta sarısını, 1 çay qaşığı limon suyu, süd əlavə edib yoğurun. Üstünü örtün və 1 saat saxlayın. Limon və portağalı sıxın. Portağal və limon suyuna, şəkər tozu, jele və su töküb, yavaş-yavaş qarışdıraraq, az odda bişirin. Tündləşdikdə ocaqdan götürün və soyumağa qoyun.

 

Tart qəliblərinizi yağlayıb un səpin. Xəmiri qəlibə qoyub, əlinizlə yayın. 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Sobadan çıxdıqdan sonra üzərinə hazırladığınız jeleni tökün, üstündən də limon dilimləri düzün. Yenidən sobaya qoyub limon dilimlərinin qızarması üçün 10 dəqiqə bişirin.

 

Nuş olsun!

 

 

 

LENT

23 Fevral 2018
22 Fevral 2018
21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018