Qarderobdan yaxşı qoxu gəlməsi üçün bunları edin - YOLLARI

Paltarları yumadan, ya da yuduqdan sonra yaxşı qurutmadan şkafa qoyduqda orada pis qoxu yaranmağa başlayır. Həmçinin evdə rütubətin olması da qarderobda pis qoxunun yaranma səbəblərindən biridir. Ailem.az bu qoxudan qurtulmağın yolları barədə faydalı məlumatı təqdim edir.

 

- Evinizdə rütubət varsa, xüsusi həblərdən istifadə edə bilərsiniz. Bu həblər nəmi özünə çəkir və zamanla əriyərək rütubəti yox edir. Nəm aparıcı həbləri marketlərdən ala bilərsiniz.

 

- Yuyulan paltarlar tamamilə qurutmadan qarderoba qoymayın.

 

- Ütülədikdən sonra paltarlar buxar səbəbi ilə nəmli qala bilər. Ona görə də ütü bitdikdən sonra paltarları qatlamadan öncə havalandırın və daha sonra qarderoba yerləşdirin.

 

- Şkafın içini təmizlədikdən sonra paltarlarınızı dərhal yerləşdirməyin, içinin qurumasını gözləyin.

 

- Bəzi yuyucu vasitələr, yumşaldıcılar paltarlarda xoşunuza gəlməyən qoxular saxlaya bilər. Qoxusuz yuyucu vasitələr seçin.

 

- Kirli, ya da tərli paltarları şkafa qoymayın. Əks təqdirdə qoxular təmiz paltarlara da hopacaq.

 

- Ayaqqabıları qarderobda saxlayırsınızsa, mütləq havalandırıb təmizlədikdən sonra yerləşdirin.

 

- Şkafı mütəmadi olaraq havalandırın. Əgər içəri qoxu hopubsa, bütün geyimləri çıxardın. Bir vedrə suya yarım stəkan sirkə qataraq qarderobu silin. Sonra duru su ilə bir neçə dəfə durulayın. Həm mikroblardan təmizləmiş olacaqsınız, həm də qoxunu tamamilə əngəlləmiş olacaqsınız. Sirkə qoxusu qalıcı deyil, qorxmayın. Yaxşı durulayıb havalandırdığınız müddətcə qoxu qalmaz.

 

- Şkafdan gözəl qoxu gəlməsi üçün lavanta kisələri ala, ya da evdə özünüz hazırlaya bilərsiniz. Alacağınız lavantaları tüllərə qoyub, ağzını bağlayın və qarderobun çəkməcələrinə, paltarların aralarına yerləşdirin.

 

- Lavanta qoxusundan xoşlanmırsınızsa, qurudulmuş xoş qoxulu hər hansı bir güldən də istifadə edə bilərsiniz.

 

- Bir başqa yol yumşaldıcı istifadə etməkdir. Boş şprey şüşəsinə su və az miqdarda yumşaldıcı tökün. Ara-ara bu suyu paltarlarınızın üzərinə püskürdə bilərsiniz.

 

- Boş parfüm şüşələrini qapaqları açıq şəkildə qarderoba qoyduğunuzda gözəl bir qoxu yayılacaq.

 

- Gözəl qoxulu sabunlar alıb, paltarlarınızın aralarına yerləşdirə bilərsiniz. Sabunları rəndələyin, tülün arasına qoyun və ağzını bağlayın. Qoxunun daha qalıcı olduğunu görəcəksiniz.

 

 

 

LENT

23 Fevral 2018
22 Fevral 2018
21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018