Cinsi əlaqə zamanı xoşagəlməz hiss, pis qoxu... – Vaginoz nədir?

Bakterial vaginoz – 14 yaşından sonra qızların və qadınların tez-tez rastlaşdığı bakterial xəstəlikdir.

 

Ailem.az medicina.az-a istinadən xəbər verir ki, laktobakteriyalar anaerov mikroorqanizmlərlə birləşdikdə bakterial vaginoz yaranır. Bakterial vaginoz bir növ uşaqlıq yolunun disbakteriozu hesab olunur və zöhrəvi xəstəlik sayılmır.

 

Nədən yaranır?

 

Hər bir qadının mikroflorası olur. Normada uşaqlıq yolunun əsas mikroorqanizmləri laktobakteriyalardır. Laktobakteriyalar Gardnerella, Mobiluncus, Mycoplasma, Entecoccus kimi anaeorob mikroorqanizmlər qarışanda vaginoz inkişaf edir. Əsasən ginekoloji müdaxilədən sonra, vaginal şamlardan istifadə zamanı, antibiotik qəbulundan sonra yaranır. Hormonal balansı pozulan, zəif immunitetli, stresdə olan, tez-tez infeksion xəstəliklər keçirən qadınlarda çox yaranır. Tez-tez cinsi tərəf müqabilini dəyişən qadınlarda da risk çoxdur. 

 

Əlamətləri:

 

Qoxulu axıntı, balıq qoxusu, qaşıntı, yanğı, cinsi əlaqə zamanı xoşagəlməz hiss

 

Antibiotiklə müalicə olmaz!

 

Adətən qardnerellezə görə vaginozu antibiotik – metronidazolla müalicə edirlər. Amma antibiotik səthi təsir edir, bakteriyanın güclü müdafiə mexanizmi var. Ona görə antibiotik qəbulu dayanandan sonra qısa müddətdə hər şey geri qayıdır. 

 

İntim gigiyenaya əməl edin.

 

Vaginozun düşməni düzgün gigiyenadır ki, buna da hər qadın əməl etmir. 

 

- İntim nahiyə sabunla yox, isti su və xüsusi intim vasitələrlə yuyulmalıdır. Onlar laktobakteriyalara zərər vurmur. Gündə 2-3 dəfə yuyunmaq lazımdır.

 

- Yuyunarkən suyun və əlin istiqaməti öndən arxaya doğru olmalıdır. 

 

- Yuyunduqdan sonra kağız salfetdən yox, xüsusi dəsmaldan və ya parça salfetdən istifadə etmək lazımdır. Dəsmal tez-tez yuyulmalıdır.

 

- Menstruasiya vaxtı vanna qəbulu, basseyn və dənizdə çimmək olmaz. Gigiyenik bezləri də sutkada 4 dəfə dəyişmək lazımdır. Bu, qənaətcil olmasa da, bakteriyalardan qorunmaq üçün vacibdir. 

 

- Özbaşına olaraq şprislə hər hansı məhlulla uşaqlıq yolunu yumayın. Öz aləminizdə dezinfeksiya edirsiniz, halbuki laktobakteriyaları yuyursunuz. Bu prosedur yalnız həkim tərəfindən ciddi səbəblərdə təyin olunur. 

 

- Çalışın çiməndə intim nahiyəyə duş geli, köpüyü kimi vasitələr çox toxunmasın. Sabun köpüyü qədər turşu qələvini pozan vasitə yoxdur. Bu, intim orqanların müdafiəsini dağıdır, sabun maddələri uşaqlıq yolu ilə uşaqlıq borusu və uşaqlığa keçir, çox olduqda pozuntu və iltihab yaradır. 

 

LENT

23 Fevral 2018
22 Fevral 2018
21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018