Meymun iti övladlığa götürüb – FOTO

Hindistanın Madhya Pradeş ştatının Kareli şəhərində meymun evsiz bir iti öz himayəsinə götürüb. Meymun ondan bir dəqiqə belə olsun ayrı dayanmır. Ailem.az musavat.com-a istinadən bildirir ki, “Ruptly”də yayılan kadrlarda o, arxa ayaqları ilə sürətlə qaçır, qabaq ayaqları iləsə iti rahatlıqla tutur. Qeyri-adi hadisəyə bütün yerli sakinlər maraqla tamaşa edirlər.

 

Qeyd edək ki, eyni hadisə 2016-cı ildə də baş vermişdi. Həmin vaxt Hindistanın Erod şəhərində bir makaka-rezus cinsi meymun bir balaca iti övladlığa götürmüşdü. O, balaca iti digər itlərdən almış və onu özündən bir addım da kənara buraxmırdı. Şahidlər isə güman edirdilər ki, meymun öz balasını itirdiyi üçün iti onun yerinə qoyur. Makaka-rezus dünyada meymun növlərinin ən geniş yayılanıdır. Onlara Hindistanda, Banqladeşdə, Pakistanda, Nepalda, Taylandda, Əfqanıstanda, Vyetnam və Çində rast gəlmək mümkündür. Hindlilər onu müqəddəs heyvan hesab edirlər.

 

 

 

LENT

23 Fevral 2018
22 Fevral 2018
21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018