Bu dərmanı içən qadınların uşaqları gec danışır

Hamiləlik zamanı parasetamolun qəbulu ziyansız sayılır. Lakin son araşdırma bu iddianı şübhə altına salıb.

 

Ailem.az saglamolun.az-a istinadən bildirir ki, bu barədə The Mirror xəbər verib. Belə ki, İsveç alimləri 8-13 həftəlik hamiləliyi olan 754 qadına və daha sonra 2,5 il ərzində onların dünyaya gətirdiyi uşaqlara nəzarət ediblər.

 

Araşdırma zamanı alimlər fikir veriblər ki, hamiləliyin ilk 3 ayı ərzində 6 dəfə və bundan çox parasetamol həbini qəbul edən qadınların uşaqları daha tez-tez nitq problemləri ilə üzləşib. Bu uşaqlarda nitq inkişafının geriliyi müşahidə olunurdu.

 

Maraqlıdır ki, oğlanların nitq inkişafına ananın hamiləlik zamanı parasetamolun qəbulu təsir etmirdi.  

 

 

 

LENT

23 Fevral 2018
22 Fevral 2018
21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018