Ağız qoxusunu aparır, dişləri ağardır...Bu yağla qarqara edin

Hazırda bütün dünyada insanlar arasında ən geniş yayılan sağlamlıq fəaliyyətlərindən biri ağızda yağla qarqara (oil pulling) üsuludur. Ailem.az yağla qarqaranın saymaqla bitməyən faydalarını diqqətinizə çatdırır.

 

Yağla qarqaranın faydaları:

 

- Diş çürüklərini müalicə edir

 

- Ağız qoxusunu yox edir
 

- Diş əti qanamalarının qarşısını alır


- Ürək narahatlıqlarını aradan götürür
 

- İltihab yaranmasını əngəlləyir

 

- Dişləri ağardır 
 

- Yağ diş ləkələrini apararaq ləkələri yox edir
 

- Boğaz ağrılarına faydalıdır
 

- İmmuniteti gücləndirir
 

- Damağı gücləndirir

 

Detoks təsirli kəşf

 

Bu, Hindistanda təmizləyici və detoks təsirli bir proses olaraq kəşf edilib. Yağla qarqara təbii yağların ağızda bir neçə dəqiqə çalxalanaraq, ağız içərisindəki bakteriyaların yox edilməsidir. Qarqara əsnasında ağız içi bakteriyalar bu yağa yapışır və yağ – qida artığı və bakteriya tüpürülərək orqanizmdən atılır.

 

Yağdan necə istifadə etməli?

 

İstifadə etdiyiniz yağ ağız içi təbəqəyə əmiləcəyindən orqanik yağ istifadə etməniz daha məsləhətdir. Bu prosesə günorta yeməyindən sonra, yatmazdan qabaq, ya da səhərlər başlamaq olar. Adətən yağla qarqara səhərlər acqarına edilir.

 

Kakos yağı ilə qarqara

 

Kakos yağı ilə qarqara ağız içi bakteriyalarını yox edərək, ağız və damaq sağlamlığına əhəmiyyətli bir fayda qatar. Bu vasitə ilə daha sağlam bir ağız içinə və ağappaq dişlərə nail ola bilərsiniz.

Təxminən bir xörək qaşığı kakos yağını ağzınıza alın. Üz və boğaz əzələlərini istifadə edərək ağzınızda çalxalayın. Ağzınızdakı yağ tüpürcəklə qarışdıqda daha asan çalxalanacaq.

Bir neçə dəqiqəlik qarqaradan sonra ağzınızda yemək qalıqları, bakteriya və digər istənməyən maddələr bu yağa qarışır. Yağı tüpürdükdən sonra ağzınızı ilıq su ilə çalxalayın.

 

Bununla yanaşı yağla qarqarada susam yağı, zeytun yağı da faydalıdır.

 

 

 

LENT

17 Yanvar 2018
16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018