Afrika qabanı azərbaycanlı fotoqrafın obyektivindən - FOTO

Azərbaycanlı səyahətçi fotoqraf Arif Ələkbər Uqandada çəkdiyi qabanların fotolarını paylaşıb. Ailem.az həmin fotoları və Afrika qabanı haqda maraqlı məlumatları təqdim edir.

 

- Donuzkimilər sinfinə aid olmasına baxmayaraq, donuzlardan çox fərqlənir. Digər donuzlar kimi, Afrika qabanı da nə gəldi yeyir, amma otsuz dolana bilmir. Elə yemək rasionlarının da əsas hissəsi otlardan ibarətdir.

 

- Bir-birilərinə qarşı olduqca qayğı ilə yanaşırlar. Hətta “təzəbəy” statusu uğrunda, həm də donuzları ilə qırğına çıxdıqları zaman öz təhlükəli silahları - ülgüc kimi iti olan dişlərindən istifadə etmirlər. Amma dişlərinin köməkliyi ilə, hətta aslanı belə, mat qoya bilirlər. Dişlərinin uzunluğu təqribən 30 sm olur. Amma özlərinə yaxşı baxsalar, hətta 60 sm-dək uzana bilirlər. Düzdür, bu, çox nadir hallarda olur.

 

- Afrika qabanı yeganə donuzdur ki, özünə yuva düzəldir və orada da yaşayır. Çox vaxt yuvanı sıfırdan yığmırlar, oxlu kirpi kimi heyvanların yuvalarından istifadə edib, bir balaca “əl gəzdirirlər”. Yuvalarına da dizi üstə arxa-arxaya daxil olurlar. Sifətlərini  yuvadan çölə çıxarıb yatırlar. Beləliklə, dişi qabanlar yuvadakı balalarını vəhşi heyvanlardan qorumuş olurlar. Yuvaları 3 metr uzunluğuna qədər olur.

 

- Hamiləlik dövrü 5 ay çəkir və ildə iki dəfə nəsil artırırlar. Adətən, 2-4 bala dünyaya gəlir. 3-4 aylığında balalar artıq sərbəst şəkildə özləri qidalanırlar. 1 yaşınadək anaları ilə yuvada qalırlar.

 

- Afrika qabanı donuzlar arasında ən sürətlə qaçandır: saatda 50 km. Düzdür, bu cür sürətlə uzun məsafə qət edə bilmir.

 

- Həyatlarının çox hissəsini dizi üstə keçirirlər. Otlayanda da elə dizi üstə gedirlər. Afrikada yaşayan və miqrasiya etməyən azsaylı heyvanlardandırlar.

 

- Bədənlərinin ölçüləri 145-190 sm, boyları 65-85 sm, çəkiləri də 50-150 kq olur. Sıx meşələr, səhralar istisna olmaqla, Afrika qabanları, demək olar ki, bütün Afrika ərazisində geniş yayılıblar. Dişilər balaları ilə kiçik sürü halında yaşayırlar. Erkəklər isə çox nadir hallarda sürüylə hərlənir, əsasən, təkbaşına dolanırlar.

 

- Vəhşi təbiətdə 15 il, heyvanxanada 18 ilədək yaşayırlar.

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018