Bir gündə 8 uşaq doğan qadının bədən quruluşu heyrətləndirdi - FOTOSESSİYA

ABŞ-ın Kaliforniya ştatında yaşayan Nadi Suleyman adlı qadın 8 il əvvəl  8 uşaq dünyaya gətirməklə dünyanı heyrətləndirib.

 

Ailem.az-ın axşam.az-a istinadən məlumatına görə, ondan əvvəl də 6 uşaq anası olan Nadi bu gün bədən quruluşu ilə gündəmdədir.
 

Belə ki, gənc qadın doğuşdan sonra aldığı bütün artıq çəkiləri atması və ideal bədən quruluşuna qovuşması barədə belə deyib: "Uşaqlardan sonra keçmiş formama qayıda bildim. Əslində, bunu necə etdiyimi bilmirəm. Bol-bol yemək yeyirəm və qaçıram".
 

Qeyd edək ki, 37 yaşlı Nadi Suleyman bir müddət əvvəl daha çox şəxsi həyatı, 14 övlada lazımi səviyyədə qulluq edə bilməməsi ilə mətbuatın diqqətini cəlb edib. Telekanallardan birinə müsahibə zamanı ana uşaqlarına nifrət etdiyini və bu qədər övlad dünyaya gətirdiyinə görə peşman olduğunu söyləyib. Onun sözlərinə görə, ailəsini saxlamaq üçün böyük xərc tələb olunur.
 
Nadi Süleymana 12 embrion yerləşdirən (onlardan 8-i sağ qalıb) reproduktoloq Maykl Kamrava Kaliforniya ştatının tibb şurası tərəfindən mühakimə edilərək, lisenziyadan məhrum edilib. Ekspertlərin fikrincə, həkim bu sayda embrionu qadına yerləşdirməklə qanunun tələblərini pozub. Belə ki, qanuna görə, yalnız 2-3 embrion yerləşdirməyə icazə var.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018