Soyuq havaların can dərmanı: qış şorbası

Qış fəslinin gəlməsi və havaların soyuması mətbəxlərdə daha çox şorbaların bişirilməsinə təkan verir. Çünki şorbaların tərkibi adətən vitamin və minerallarla bol olur ki, bu da xəstəliklərdən qorunmağa və immunitetin güclənməsinə kömək edir. Ailem.az sizə faydalı və damaq dadınızı ləzzətləndirəcək qış şorbası reseptini verir.

 

Ərzaqlar:

 

1 ovuc bulqur

1 ovuc mərci 

1 ədəd kartof

1 ədəd soğan 

1 ədəd kök

1 çay qaşığı istiot

1 çay qaşığı sarıkök

2 xörək qaşığı zeytun yağı

1 ədəd qırmızı bibər

 

Hazırlanması:

 

Qış şorbasının hazırlanması olduqca sadədir. Burada tək diqqət ediləcək məqam odur ki, bir neçə ərzağın bir yerdə yaxşıca bişirilməsidir. Yuyulub təmizlənmiş kartofu, kökü, mərci və bulquru bir qazanın içərisinə qoyun. Üzərini keçəcək miqdarda su əlavə edin və ocağa qoyun. Qazanın içərisindəki ərzaqlar yumşaldıqda ocaqdan götürün. Sonra mətbəx robotu ilə əzin. Ayrı bir tavanın içərisinə bol zeytun yağı tökün və xırda doğranmış soğanları əlavə edin. Soğanları qovurduqdan sonra içinə istiot, sarıkök və doğranmış qırmızı bibəri əlavə edib yaxşıca qarışdırın və şorbaya əlavə edin. Üzərinə cəfəri doğrayıb servis edə bilərsiniz.

 

Nuş olsun!

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018