Yosunlardan plastr hazırlanıb: insulin iynəsini əvəz edəcək

ABŞ-ın Merilend ştatının Milli Biotibbi Vizualizasiya və Biomühəndislik İnstitutundan olan tədqiqatçılar qanda həll olunan və bir neçə gün qlükozanı lazımi səviyyədə saxlayan yeni növ kristal birləşmələr yaradıblar.

 

Ailem.az-ın AMEA-nın saytına istinadən məlumatına görə, tədqiqatçılar qanda qlükozanın miqdarının daimi ölçülməsi üçün və insulin inyeksiyalarını əvəzləyəcək xüsusi ağrısız plastr hazırlayıblar. Plastrın əsasını qonur yosunlarından ifraz olunan "alqinat" adlı maddə təşkil edir.

 

Analoqlarından fərqli olaraq, sözügedən maddə qanda uzun müddət qalaraq bir neçə gün orqanizmdə sirkulyasiya edə bilir.

 

LENT

20 Yanvar 2018
19 Yanvar 2018
18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018