Bəzi dərmanların tərkibinə bu heyvanların bığları qatılır - FOTO

Səyahətçi fotoqraf Arif Ələkbər Tanzaniyada, Serengeti qoruğunda məskunlaşan leopardların  fotolarını çəkib. Ailem.az həmin fotoları və fotoqrafın leopardlar haqda yazdığı maraqlı faktları təqdim edir:

 

- Leopardın (bəbirin) adı “leon” (aslan) və “pardus” (panter) yunan sözlərinin birləşməsindən yaranıb.

 

-Ölçüsünə görə panterkimilər arasında ən “xudmanisidi”. Erkəklərin çəkisi 60-80 kq, dişilərin 40-60 kq arası olur. Müqayisə üçün deyim ki, erkək aslanın çəkisi təxminən 250 kq olur.

 

- Bu kiçik ölçüsünə rəğmən, öz çəkisindən 3 dəfə artıq olan heyvanları ovlaya bilir.

 

- Çox gizlin həyat tərzi sürürlər. Vəhşi təbiətdə onlara rast gəlmək müşkül məsələdir.

 

- Topuqlarının xüsusi formasının hesabına leopard asanlıqla ağaca dırmaşır. Həmişə də ordan başı aşağı düşür.

 

- Yeganə pişikkimidir ki, şikarını ağacın başına çıxarıb orda nuş edir. Şikar da öz ölçülərindən 3 dəfə artıq ola bilər. Məsələn, zürafə balasını öldürüb, asanlıqla 6 m hündürlüyə dartıb çıxarda bilir.

 

- Hər bir leopardın üzərindəki ləkələr unikaldır. Lap zebralardakı kimi.

 

- Aslanlar kimi, leopardlar da nərildəyə bilirlər, amma “abır-həya” güdərək. Həm də ev pişikləri kimi mırıldaya da bilirlər.

 

- Eşitmə qabiliyyəti insanınkından 5 dəfə daha güclüdür.

 

- Bütün vəhşi pişiklər arasında ən möhkəm dişlək sahibi sayılır.

 

- Görmə qabiliyyətləri hesabına 2 km-dək məsafəni asanlıqla var-gəl edirlər.

 

-Saatda 60 km sürətlə qaçan leopardların həm də əla alpinistliyi və üzgüçülüyü var. Uzunluğa (7 m) və hündürlüyə (3 m) tullanmaq qabiliyyəti də onlara təbiətin bəxş etdiyi bir lütfdür.

 

- Quyruqları təqribən elə bədənləri uzunluğunda olur. Onun hesabına qəfil döngələri çox asanlıqla yola verirlər.

 

- Əsasən gecə ova çıxırlar.

 

- Dişi leopardların 2-3 balası olur. 2 yaşınadək anasıyla gəzib dolaşan bala daha sonra təkbaşına yaşamağa başlayır. Bəzən eyni anadan eyni vaxtda həm qara, həm də qara—qonur leopardlar da doğulur. Belə melanist-leopardları qara pantera adlandırırlar. Amma qara olmalarına baxmayaraq, üzərilərində az və ya çox miqdarda ləkələr olur.

 

- Brakonyerlər gözəl xəzinə və… bığlarına görə onları ovlayırlar. Bığı neynirlər? Deyilənə görə, bəzi dərmanların hazırlanmasında istifadə olunur.

 

- Çox su içməklə araları yoxdur. Elə qida ilə bərabər aldıqları maye çox zaman onlara bəs edir.

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018