Faiq Ağayevdən maraqlı ETİRAF: “İlk dəfə 4 yaşımda öpüşmüşəm"

“İlk dəfə 4 yaşımda öpüşmüşəm. Qohumlardan bir qızı öpüb, evlənməyə söz vermişdim”.

 

Ailem.az-ın məlumatına görə, bunu xalq artisti Faiq Ağayev “Klip+” verilişinə açıqlamasında deyib. Sənətçi aparıcının “Kliplərində intim səhnələr olan Faiq Ağayev həyatının intimindən danışmağı sevir? İlk öpüşünüzü xatırlayırsınız?” sualına belə cavab verib: “Hər zaman ancaq sənətdən danışıram. Ev, ailə, şəxsi həyat mənə aiddir. Bu barədə Azərbaycanda danışmaq düzgün deyil. Evdəkilər deyir ki, 4 yaşımda qohumlardan bir qızı öpüb, evlənməyə söz vermişdim. Məndən əvvəl onu aldılar, indi gözəl ailəsi var”. 
 

F.Ağayev məktəb illərində baş vermiş bir hadisəni də xatırlayıb: “Qıza görə burnumu sındırıblar. Elə əməliyyat etdirməyimin də səbəbi o idi. Sinif yoldaşımın qohumları Kanadadan ona qolbağ göndərmişdi. Qızla eyni partada otururduq, səmimi idik. Qolbağını mənim qoluma taxmışdı. Bir gün dərsdən sonra o qızı istəyən başqa sinif yoldaşımla dava etdik. O mənim burnumu, mən onun çənəsini sındırdım”.

 

LENT

17 Yanvar 2018
16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018