50 min daşla bəzədilən şəffaf gəlinlik - FOTO

Tanınmış rhytm və blues müğənnisi Brian McKnight sevgilisi Leilani Mendoza ilə 2017-ci ilin son günündə həyatını birləşdirib. Cütlüyün toy mərasimi Nyu Yorkda baş tutub. 48 yaşlı müğənni toyda çəkilən bir fotonu "Həyatımızın ən xoşbəxt günü" qeydi ilə instagram səhifəsində paylaşıb.

 

Toyda gəlin Leilani Mendozanın geyindiyi şəffaf gəlinlik isə marağa səbəb olub. Belə ki, gəlinlik 50 min svarovski daşla bəzədilib. Və şəffaf detalları ilə seksual bir görünüş sərgiləyib.

 

Qeyd edək ki, sözügedən cütlük 2014-cü ildə nişanlanmışdı.

 

 

 

 

 

LENT

17 Yanvar 2018
16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018