Qış hamilələri bunları etməməlidir – DİQQƏTLİ OLUN

Mütəxəssislər qışda hamilə olan qadınlara xəbərdarlıq edir. Onlar bildirir ki, yayda olduğu kimi qışda da hamilələr müəyyən məqamlara diqqət etməlidir. Ailem.az mütəxəssislərə görə qış hamilələrinin diqqət etməsi lazım olan nüansları diqqətinizə çatdırır.

 

 

İctimai yerlərdə və bağlı yerlərdə çox olmayın

 

 

 

Havanın soyuq olması bir çox insan kimi hamilə xanımları da böyük alış-veriş mərkəzlərinə məhkum edib. Ancaq hamilələrə

Bu cür qapalı yerlərdə olmalarını tövsiyə etmirik. Bulaşıcı xəstəliklərin sıx rastlandığı qış aylarında qapalı yerlərdə yetəri qədər havalandırma söz mövzusu olmadığı üçün sizə və uşağınıza xəstəlik bulaşma riski olduqca yüksəkdir. 

 

 

Piyada gəzməyi yaddan çıxarmayın

 

 

İki can daşıyıram çox hərəkət etməməyim lazımdır düşüncəsini beyninizdən atın. Çünki nə qədər çox hərəkət edər və piyada gəzsəniz doğumunuz o qədər asan olacaq. Amma ağır məşqlərdən uzaq durmağa çalışın.

 

 

Həftədə 3 gün balıq yeyin

 


Qış hamilələri günəşin vermiş olduğu vitamin və minerallardan çox faydalana bilməz. Buna görə sümük inkişafı üçün lazım olan kalsiumu həftədə 3 gün balıq yeyərək ala bilərsiniz.

 

 

 

Yatmazdan qabaq bananlı süd için

 

 

Protein, kalsium və potasium ehtiyacınızı yatmazdan bir saat öncə içə biləcəyiniz bir stəkan bananlı süd ilə qarşılaya bilərsiniz. 

 

 

 

Ayaqqabı seçimi
 


Hamilələr ayaqlarını soyuqdan qoruyacaq uyğun bir ayaqqabı seçməlidir. Duruşu dəstəkləyən, dabanı rahat və sürüşməyən bir ayaqqabı olmasına diqqət edilməlidir. Ayaqların isti qalması əhəmiyyətli olduğundan pambıqlı və ya yunlu corablar geyinə bilərlər.

 

 

 

LENT

17 Yanvar 2018
16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018