Xoşqədəm: “İkinci dəfə ailə qurmaqdan qorxurdum"

"Mən ikinci dəfə 20 il sonra ailə qurmuşam. Çünki qorxurdum. Yaxşı ki, mənim qızım yoxdur. Amma qızım olsaydı da qorxacaqdım. Çalışardım ki, övladım birinci ailəsi ilə xoşbəxt olsun"

 

Ailem.azın məlumatına görə, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində deyib. 

O deyib ki, qadınlar ikinci dəfə ailə qurmaqdan qorxur. Analar da övladını ikinci dəfə evləndirməkdən çəkinir.

O deyib ki, hara gedirəmsə, daha əvvəlki kimi deyiləm: “Getmirəm ki, nə olar-olar. Oğlum böyüyüb, hər şeyi var. Ana olmadan kimsə analığı dərk edə bilməz. Bir ananın bu dünyadan nigaran köçməsi, qız övladının yetim qalması nə deməkdir analar bilir. Kim mənim balalarıma məni əvəz edə bilər?” 
 

Qeyd edək ki, X. Hidayətqızı türkiyəli müğənni Doğuşla ailəlidir. Onun bu evlilikdən əkiz oğulları var. Aparıcının ilk ailəsindən də bir oğul övladı da var. 

LENT

23 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018