Qırmızı kələm salatı - RESEPT

Bayram yaxınlaşır və süfrələr bir-birindən ləziz təamlarla bəzədiləcək. Amma diqqət etmək lazımdır ki, həmin təamlar ləzzətli olduğu qədər, həm də sağlam olsun. Ailem.az sizə dadlı və sağlam qırmızı kələm salatının reseptini təqdim edir.

 

Lazım olanlar:

 

1 ədəd qırmızı kələm

 

1 stəkan qatıq

 

4 xörək qaşığı mayonez
 

2 diş sarımsaq
 

3 xörək qaşığı duru yağ
 

Duz

 

Hazırlanması:

 

Əvvəlcə kələmi nazik-nazik doğrayın. Bir tavanın içərisinə ataraq 15-20 dəqiqə boyunca kələmlər yumşalana qədər qovurun. Kələmlər qovrulduqdan sonra yaxşıca soyumasını gözləyin. Ayrı bir qabın içərisində 2 diş sarımsağı rəndələyin. Üzərinə mayonez və qatığı əlavə edin. Sonra bir qabın içərisinə qoyaraq kələmlərlə bərabər yaxşıca qarışdırın və boşqaba qoyaraq servis edin.

 

Nuş olsun!

 

 

 

LENT

20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018
16 Aprel 2018