Pişiklərin ən qəribə hərəkətləri

Pişiklər çox sevimli heyvanlardır. Əksəriyyətimiz evdə pişik saxlamağı çox sevirik. Pişiklərin özlərinə görə davranış formaları var və bəzən onların müəyyən davranışları bizi çox təəccübləndirir. Ailem.az pişiklərin bəzi qəribə hərəkətlərinin səbəbini açıqlayır.  

 

1. Hədiyyə olaraq sizə ölmüş həşərat, ya da heyvan gətirməsi

 

Əgər pişiyiniz gözləmədiyiniz bir anda sizə ölmüş bir siçan, ya da həşərat gətirərsə, narahat olmayın. Özünün tox olduğunu və bu hədiyyəni sizinlə bölüşə biləcəyini bildirmək istəyir. Ya da bu hədiyyəni daha sonra yeməsi üçün saxlamağınızı istəmiş ola bilər.

 

2. Noutbukun üstündə yatması

 

4 ayaqlı bu dostlarımız noutbukunuzun üstündə yatırsa, bunun bir səbəbi var. Pişiklərin gözəl bir yuxusu üçün 20 dərəcə və bir az artıq temperatur idealdır. Buna görə də sizin nə qədər məşğul olmağınıza baxmayaraq, pişiklər noutbukunuzun üzərində yatarlar.

 

3.  Niyə mırıldayırlar?

 

Pişiklər qarşılarındakı canlıdan sevgi və şəfqət hiss etdikdə mırıldayırlar.

 

4.  Cırmaqlamaları… 

 

Bunun üçün iki teorem mövcuddur. Birincisi, itlərdə olduğu kimi, pişiklərin də özlərinə məxsus qoxularını buraxmaları. İkincisi, pişiklər sevgi görmək istədiklərində üzərinizdəkiləri yoğurur kimi cırmaqlayarlar.

 

5. Sırmaşmaları

 

Ayaqlarınızın arasına bir anda dolanan pişiklər sizi narahat edə bilər. Lakin bu, onların sizinlə əlaqə qurmaq üçün istifadə etdikləri bir yoldur. Bunu etmələri özlərini sizin yanınızda qorxusuz hiss etdikləri anlamına gəlir. 

LENT

17 Yanvar 2018
16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018