Daban çatlarını aparan pilinq RESEPTİ

Gün ərzində ayaqqabının içində qalmaqdan çatlayan dabanlar əksəriyyətimizi narahat edir. Bunun üçün ən yaxşı çarə isə pilinq etməkdir. Ailem.az sizə evdə təbii yolla hazırlayacağınız pilinqlərin reseptini verir.

 

Qəhvəyi şəkər pilinqi

 

Lazım olanlar:

1 ədəd limon
2 yemək qaşığı qəhvəyi şəkər
1 çay qaşığı badam yağı

 

Hazırlanması və tətbiqi:

 

Bütün ləvazimatları qarışdırın və 5 dəqiqə saxlayın. Bu əsnada ayaqlarınızı ilıq su ilə yuyun və qurulayın. Qarışımı ayaqlarınıza masaj edərək sürtün. 10 dəqiqə saxlayın. Ardından soyuq su ilə durulayın. Bu qarışımı həftədə 2 dəfə tətbiq edin.

 

Nanə pilinqi

 

Lazım olanlar:


Yarım yaşıl limon

2 yemək qaşığı şəkər tozu

15 ədəd nanə yarpağı (doğranmış)

1 yemək qaşığı badam yağı
 

 

Hazırlanması və tətbiqi:

 

Bütün ləvazimatları mətbəx robotunda qarışdırın. Qarışımı bütün ayaqlarınıza masaj edərək sürtün. 15 dəqiqə saxlayıb, ilıq su ilə durulayın.

 

 

 

LENT

20 Yanvar 2018
19 Yanvar 2018
18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018